Musiqi nəzəriyyəsi adlı dərs vəsaiti musiqi məktəblərində oxuyan şagirdlərin, həmçinin bu sahədə pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin istifadəsi üçün nəzərdə tutulmuşdur.
Kitabın özünəməxsus cəhəti ondadır ki , digər nəzəriyyə Kitablarından fərqli olaraq burada mövzular fəsillər üzrə deyil siniflər üzrə bölünmüşdür.
Mövzular sadədən mürəkkəbə doğru prinsipi üzərində qurulmuşdur.
Kitabda hər mövzuya uyğun istər yerli istərsə də xarici bəstəkarların əsərlərindən müəyyən nümunələr göstərilmiş, hər sinfin sonunda mövzuya aid suallar verilmişdir.
Dərs vəsaitində kiçik yaşlı şagirdlərin daha yaxşı qavraması üçün mövzular aydın, anlayışlı və yaddaqalan dildə təqdim edilmişdir.