Dərs vəsaitində Azərbaycan bəstəkarlarının tarixi-qəhrəmanlıq mövzulu operalarından bəhs olunur. Burada qəhrəmanlıq dastanları, inqilabi tematika, Böyük Vətən Müharibəsi və müasir tarixi dövrdə Qarabağ faciəsinə həsr olunmuş operaların tədqiqi öz əksini tapmışdır. Təqdim olunan dərs vəsaiti ali və orta ixtisas təhsil ocaqlarında “Musiqi tarixi”, “Musiqi nəzəriyyəsi”, “Azərbaycan musiqi tarixi”, “Opera dramaturgiyası” fənlərində,…
Kitab oxucuları Qədim Yunanıstan və Roma teatrlarından başlayaraq bugünkü teatra qədər səhnənin tarixi inkişaf konstruksiyası ilə, o cümlədən teatr rəssamının əsas fəaliyyət prinsipləri, rejissorla birgə yaradıcılıq fəaliyyəti, eləcə də bütün yaradıcılıq sexləri, bədii icraçılıq, butafor, tikişxana, işıqlandırıcı və səhnə effektlərinin əsasları ilə tanış edəcək. Kitabda tamaşa üzərində işin ilk layihələrdən…
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin “Yaşar Səmədov. Rənglərin simfoniyası” kitabı ölkəmizdə novator pedaqoq-rəssam kimi tanınan Azərbaycan Respublikasının Əməkdar müəllimi Yaşar Səmədovun həyat və yaradıcılığına həsr olunmuşdur. Uzun illər ərzində təsviri sənətin rəngkarlıq və qrafika sahələrində uğurla fəaliyyət göstərən rəssamın yaradıcılığının daima milli çalarlara bələnməsi onun əsərlərinə duyulası…
Təqdim edilən dərslik Azərbaycan muğamının tədrisi prosesində muğam janrlarının – muğam-dəstgahlarının, zərbi muğamların, rənglərin və təsniflərin instrumental ifaçılıqda öz əksini tapmış təfsir xüsusiyyətlərinə həsr olunmuşdur. Bu da tədrisin tələblərindən irəli gələn və milli musiqiçi kadrların hazırlığında mühüm əhəmiyyətə malik bir məsələdir. “Muğam sənətində ifaçılıq məsələləri” adlı dərslikdə xanəndə və sazəndələrin…
Monoqrafiya müxtəlif dövr və üslubların instrumental musiqisində komizmi yaradan ənənəvi və yeni ifadə vasitələrinin tədqiqinə həsr olunub. Tarixi, janr və mədəni kontekstlərin musiqi əsərlərində komik elementlərin formalaşmasına təsiri xüsusi vurğulanıb. Komizmin struktur, melodik, ritmik, tembr, dinamik və onu ifadə edən digər xüsusiyyətləri araşdırılaraq, sosial və mədəni prosesləri əks etdirmək qabiliyyətinə…
Azərbaycanda ilk dəfədir ki, teatr terminləri lüğəti buraxılır. Bu kitabda teatr sənətinə aid bədii və texniki terminlərin elmi-nəzəri izahı verilib. Yüzlərlə sözün (məsələn: dublyor, parter, loja, rampa, ştanget, muşturovka, praqon, tərəf-müqabil...) Azərbaycan türkcəsində qarşılığı təqdim olunub. Qədim qaravəllilərin, şəbihlərin, bəbək, ipdəoyuq, müxtəlif etno-mədəni, mərasim tamaşalarının xarakterindən, mövzusundan asılı olaraq onları…
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin “Yaşar Səmədov. Cizgilərə hopan ömür” kitabı ölkəmizdə novator pedaqoq-rəssam kimi tanınan Azərbaycan Respublikasının Əməkdar müəllimi Yaşar Səmədovun həyat və yaradıcılığına həsr olunmuşdur. Uzun illər ərzində təsviri sənətin rəngkarlıq və qrafika sahələrində uğurla fəaliyyət göstərən rəssamın yaradıcılığının daima milli çalarlara bələnməsi onun əsərlərinə…
Bu kitab müəllifin Azərbaycan bəstəkar mahnılarının mətn xüsusiyyətlərinin araşdırılmasına həsr edilmiş ikinci monoqrafiyasıdır. Kitabın birinci bölməsində Azərbaycan mahnılarının üslub xüsusiyyətləri araşdırılır. Həmçinin, milli mahnı janrının inkişafında böyük xidmətləri olan görkəmli bəstəkarların mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri ayrı-ayrı bölmələrdə təhlil edilir. Tədqiqatda Ağabacı Rzayeva, Qəmbər Hüseynli, Zakir Bağırov, Hacı Xanməmmədov,…
Bu kitab müxtəlif növlü, janrlı filmləri beynəlxalq mükafatlara layiq görülən, neçə-neçə yaradıcı və texniki nəslin çalışdığı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq yoluna həsr olunub. Azərbaycan kino tarixini sistemli şəkildə araşdırmaqla yanaşı, davamlı pedaqoji fəaliyyətlə də məşğul olmuş Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin bu kitabında kinostudiyanın keçdiyi yaradıcılıq yolu tədqiqat…
“Muğamın Meracı” adlı kitabda dünyaca məşhur muğam ifaçısı, Xalq artisti Alim Qasımov haqqında respublikanın tanınmış şəxsiyyətlərinin müsahibələri toplanmışdır. Bu yazılarda muğam aşiqi və fədaisi olan sənətkar müxtəlif rakurslardan göstərilir, onun oxuculara tanış olmayan xüsusiyyətləri açılır. On üç müsahibin və müəllifin (13+1) təhlil xarakterli düşüncələri sayəsində oxucu ilk dəfə olaraq Alim…