Mahnının qoşa qanadı - poeziya və musiqi
[ Ceyran Mahmudova :: 2013 ]
Bu kitab müəllifin Azərbaycan bəstəkar mahnılarının mətn xüsusiyyətlərinin araşdırılmasına həsr edilmiş ikinci monoqrafiyasıdır.
Kitabın birinci bölməsində Azərbaycan mahnılarının üslub xüsusiyyətləri araşdırılır. Həmçinin, milli mahnı janrının inkişafında böyük xidmətləri olan görkəmli bəstəkarların mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri ayrı-ayrı bölmələrdə təhlil edilir.
Tədqiqatda Ağabacı Rzayeva, Qəmbər Hüseynli, Zakir Bağırov, Hacı Xanməmmədov, Əşrəf Abbasov, Cahangir Cahangirov, Rauf Hacıyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Süleyman Ələsgərov, Telman Hacıyev, Ramiz Mirişli, Vasif Adıgözəlov, Sevda İbrahimova, Polad Bülbüloğlunun mahnılarının mətn xüsusiyyətləri ilk dəfə olaraq nəzərdən keçirilir.
Monoqrafiya istər mütəxəssislər, istərsə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.