Teatrda rəssamın rolu
[ Arif Əbdürrəhmanov :: 2012 ]
Kitab oxucuları Qədim Yunanıstan və Roma teatrlarından başlayaraq bugünkü teatra qədər səhnənin tarixi inkişaf konstruksiyası ilə, o cümlədən teatr rəssamının əsas fəaliyyət prinsipləri, rejissorla birgə yaradıcılıq fəaliyyəti, eləcə də bütün yaradıcılıq sexləri, bədii icraçılıq, butafor, tikişxana, işıqlandırıcı və səhnə effektlərinin əsasları ilə tanış edəcək.
Kitabda tamaşa üzərində işin ilk layihələrdən başlayaraq səhnə dekorasiya quruluşunun həyata keçirilməsinə qədər bütün mərhələlər təsvir olunmuşdur.
Bu kitab teatr rəssamı ixtisası üzrə təhsil alan tələbələr, həmçinin yaradıcılıq fəaliyyətinə teatr səhnəsindən başlayan gənc rəssamlar üçün nəzərdə tutulub.