Muğam sənətində ifaçılıq məsələləri
[ Malik Quliyev :: 2013 ]
Təqdim edilən dərslik Azərbaycan muğamının tədrisi prosesində muğam janrlarının – muğam-dəstgahlarının, zərbi muğamların, rənglərin və təsniflərin instrumental ifaçılıqda öz əksini tapmış təfsir xüsusiyyətlərinə həsr olunmuşdur. Bu da tədrisin tələblərindən irəli gələn və milli musiqiçi kadrların hazırlığında mühüm əhəmiyyətə malik bir məsələdir. “Muğam sənətində ifaçılıq məsələləri” adlı dərslikdə xanəndə və sazəndələrin tədris repertuarının əsasını təşkil edən muğamların, zərbi muğamların, rəng və təsniflərin düzgün mənimsənilməsi üçün vacib olan musiqi məzmununun və ifaçılıq məziyyətlərinin təhlili öz əksini tapmışdır.
Dərslik AMK-nın tədris planında öz əksini tapmış “Muğam ifaçılığının nəzəriyyəsi”, “Muğam ifaçılığının metodologiyası”, “Xanəndəlik sənətinin nəzəriyyəsi”, “İnstrumental muğam ifaçılığı” fənləri, eləcə də digər ixtisaslar üzrə təhsil alan musiqiçilər üçün nəzərdə tutulmuşdur.