İnstrumental musiqidə komizm

İncəsənət ədəbiyyatı

İnstrumental musiqidə komizm

[ Könül Əhmədova-Yusifova :: 2024 ]
İnstrumental musiqidə komizm
Monoqrafiya müxtəlif dövr və üslubların instrumental musiqisində komizmi yaradan ənənəvi və yeni ifadə vasitələrinin tədqiqinə həsr olunub. Tarixi, janr və mədəni kontekstlərin musiqi əsərlərində komik elementlərin formalaşmasına təsiri xüsusi vurğulanıb. Komizmin struktur, melodik, ritmik, tembr, dinamik və onu ifadə edən digər xüsusiyyətləri araşdırılaraq, sosial və mədəni prosesləri əks etdirmək qabiliyyətinə malik olduğu göstərilib. Monoqrafiya musiqişünaslar, ifaçılar, musiqi ilə komik sənət arasındakı qarşılıqlı əlaqə ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.