Kino və zaman
[ Aydın Kazımzadə :: 2016 ]
Bu kitab müxtəlif növlü, janrlı filmləri beynəlxalq mükafatlara layiq görülən, neçə-neçə yaradıcı və texniki nəslin çalışdığı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq yoluna həsr olunub.
Azərbaycan kino tarixini sistemli şəkildə araşdırmaqla yanaşı, davamlı pedaqoji fəaliyyətlə də məşğul olmuş Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin bu kitabında kinostudiyanın keçdiyi yaradıcılıq yolu tədqiqat obyektinə çevrilmişdir. Burada kinomuzun təşəkkülü və inkişafı, sənətkarlarımızın yaradıcılıq axtarışları barədə müfəssəl söhbət açılıb.
Kitab mütəxəssislər, incəsənət sahəsində təhsil alan tələbələr, kinosevərlər üçün nəzərdə tutulub.