Kitab “Azərbaycan xalçaları bütün məktəbləri ilə” layihəsi çərçivəsində Təbriz xalçaları qrupuna həsr olunub. Nəşr Azərbaycan xalçalarının Qarabağ və İrəvan qruplarına həsr olunmuş əvvəlki kitabların ənənələrini davam etdirərək, Təbriz qrupu xalçalarının fərqləndirici xüsusiyyətlərini hərtərəfli şəkildə araşdırır. Kitabda Cənubi Azərbaycanın tarixinə və mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərə diqqət yetirilir, Təbriz qrupuna aid…
Kitabda Abşeronda yerləşən yaşayış məntəqələrinin şəhərsalma strukturu tədqiq edilmiş, 71 məscid, 55 hamam, 15-dən çox məqbərə, 10 ovdan, Mərdəkan sarayları və nəhayət, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Teymur bəy Aşurbəyovun, Kərbəlayi İsrafil Hacıyevin, Tağı bəy Səfərəliyevin, Məmməd bəy Xanlarovun və başqalarının məşhur villaları ölçülmüşdür. Bu bütöv memarlıq-planlaşdırma materialı uzun illəri əhatə…
Azərbaycan qədim sivilizasiya mərkəzlərindən biridir, qədim zəngin tarixə malik bir diyar. Ölkədə minilliklər ərzində mədəni irsin əsasını təşkil edən abidələr yaradılmış və onların bir çoxu dünya inciləri sırasına daxil edilmişdir. Azərbaycanın hər yerində yerləşən nadir memarlıq abidələri: qalalar, saraylar, ovdanlar, kilsələr, məscidlər, hamamlar, məbədlər, qədim şəhərlər, köhnə qəbiristanlıqlar, monastırlar, kəndlər…
Azərbaycan Milli Xalça Muzeyi kiçik, lakin çox maraqlı zərgərlik kolleksiyasına, o cümlədən 800-ə yaxın eksponata malikdir. Onların əksəriyyəti XIX əsrin sonu - XX əsrin əvvəlinə aiddir, ən qədimləri isə bürünc dövründə (e.ə. IV-II minilliklər) hazırlanmışdır. Kolleksiyada qadın bəzəklərinin demək olar ki, bütün növləri təqdim olunur – sırğalar, bilərziklər, üzüklər, sancaqlar,…
Fəzayıl Vəliyev və Gülzadə Abdulova tərəfindən hazırlanan bu kitab -kataloq ilk dəfə olaraq XIX əsrin sonu – XX əsrin əvvələrində Azərbaycanın Qarabağ bölgəsi əhalisinin geyim mədəniyyətini, təsnifatını, məhəlli – lokal xüsusiyyətlərini, əyani -vizual görüntüsünü və tarixi-etnoqrafik xüsusiyyətlərini tədqiq edir. Bu Kitab – kataloqun təqdim edilməsində əsas qayə, Qarabağ geyim mədəniyyətinin…
“Ürəyimdə xatirələr yaşayır” səmimi və çox duyğulu bir kitabdır. “Mən vətənimlə qürur duyuram və onu sevirəm. Xatirə kitabına belə bir giriş bir qədər pafoslu görünsə də, bu, həqiqətdir. Bütün həyatım boyu sevgimi iki yerə bölmüşəm: demişəm ki, Azərbaycan mənim atam, Rusiya isə anamdır”. Müslüm Maqomayev dahi Nizaminin, Xaqaninin, Vurğunun, Hacıbəyovun,…
Azərbaycan incəsənət tarixi kitabında incəsənətin bütün növləri- təsviri incəsənət, dekorativ-tədbiqi incəsənəti, memarlıq, musiqi, teatr, kino və s qədim dövrlərdən bu günlərə qədər öz əksini tapmışdır. “Azərbaycanın incəsənət tarixi” 5 cildliyinin “Musiqi” adlı II cildində X-XXI əsrlərdə Azərbaycanının tanınmış musiqişünas və bəstəkarlarının yaradıcılığı, milli alətləri və Azərbaycan rəqsləri nəzərdən keçirilmişdir. Bu…
Müasir sənətşünaslıq elminin əldə etdiyi nəticələr Azərbaycan miniatür sənətinin müsəlman Şərqində bu sənətin inkişafında əhəmiyyətini və təyinedici rolunu aşkarlayır. Məlum olduğu kimi, Yaxın və Orta Şərqdə miniatür sənətinin ən qədim nümunələrindən sayılan bir çox əsərlər məhz Xoyda, Marağada və Təbrizdə yaradılmışdır. bu da təsadüfi deyildir. Çünki XIII əsrin sonu XIV…
Azərbaycan İncəsənət Tarixi: Kino Azərbaycan incəsənət tarixi kitabında incəsənətin bütün növləri - təsviri incəsənət, dekorativ-tədbiqi incəsənəti, memarlıq, musiqi, teatr, kino və s qədim dövrlərdən bu günlərə qədər öz əksini tapmışdır. “Azərbaycan İncəsənəti Taxrixi” 5 cildlik kitabın “Kino” adlı III cildində müəllif, kinoşünas Aydın Kazımzadə Azərbaycan səssiz kinosu inqlabdan əvvəlki dövrdən…
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında hazırlanan “Azərbaycan qadınlarının baş bəzəkləri” kitabı Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə 2023 – cü ildə nəşr olunub. Bu muzeyin Arxeologiya və Xüsusi fondlarında e.ə. VI minillikdən b.e. XX əsrinə qədərki çox uzun bir zaman kəsiyinə aid çeşidli bəzək əşyaları qorunub saxlanılır.…