Qurama Azərbaycan xalqının zəngin sənət ənənələrində ən qədim bədii tikmə növlərindən biridir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əmina Məlikovanın kitabı da məhz bu mövzuya həsr edilib.
Bu kitabda sözügedən sənət növünün yaranması və inkişafinın müxtəlif aspektləri işıqlandırılır. Burada əsas diqqət tarixi icmala, Azərbaycanın ayrılmaz hissəsi olduğu türk dünyasında qurama tikmənin mental əhəmiyyətinə yönəldilib. Tədqiqatda həmçinin bir mədəniyyət olaraq Yeni Dünyada qurama tikmənin inkişafina diqqət yetirilmişdir ki, bu mədəniyyət bir tərəfdən Avropa ənənələrini əxz etmiş, digər tərəfdənsə həmin əI işini XVIII-XIX əsrlər Amerika cəmiyyətinin spesifikliyini əks etdirən yeni, xarakterik kontekstdə irəli aparmışdır.
Bu kitab Azərbaycanın qurama tikməsindən, onun keçmişindən və bu günündən, ən önəmlisi isə gələcəyindən bəhs edir. Qurama tətbiqi əhəmiyyətə malik olmaqla yanaşı, həm da bir sənət növüdür. Bu sənət növü isə öz növbəsində azərbaycanlıların əsrlər boyu yaşatdıqları falsəfə və anlayışlar sistemini ehtiva edir.