Afsana Habibin "Favole" adlanan fərdi sərgisinin adı, italyan dilində "nağıllar, əfsanələr" kimi tərcümə olunur.
Bu baxımdan, sərginin adı, rəssamın adı ilə üst-üstə düşür: axi "favola" İtalyan dilindən tərcümədə "əfsanə" deməkdir!
Rəssam Afsana Habib, gözəlliyə qiymət verənlər üçün 62 rəsm əsərin daxil olduğu, özündə "müəmma" və "tapmaca" ideyaları, bir çox mənaları və... oyunları birləşdirən ekspozisiya hazırlayıb. Əsərlərin əksəriyyəti dünya mədəniyyətinin "Venesiya karnaval" kimi tanıdığı unikal hadisəyə həsr edilib və bu heç də təsadüf deyil.
«- Niyə məhz Venesiya və onun təkraredilməz karnavalı ? Yəqin, ona görə ki, hələ uşaq yaşlarımda, uşaq karnavallarının keçirildiyi dövrdən məni maskaların müəmmalığı cəlb edib: Mən belə düşünürdüm ki, hər bir insan, onlarin arxasında gizlənə bilər» - deyə Afsana Habib, hazırki sərginin ideyasının necə ərsəyə gəlməsindən bəhs edir.
- «Bundan əlavə, mən, qədim geyimlərin dəbdəbəsini, cah-cəlalını çox sevirəm və onları bütün xırdalıqları ilə təsvir etməyə çalışıram.»