Abşeron rəssamlıq məktəbi haqqında düşüncələr

İncəsənət fondu

Abşeron rəssamlıq məktəbi haqqında düşüncələr [Əli İsmayıl]

Abşeron rəssamlıq məktəbi haqqında düşüncələr
Bu monoqrafiya Azərbaycan rəssamlığında milli istiqamət kimi tarixə düşmüş Abşeron məktəbi və onun inkişaf tarixinə, eyni zamanda bu cərəyanın aparıcı üzvlərindən biri olan xalq rəssamı Fərhad Xəlilovun yaradıcılığına həsr edilmişdir. Müəllif Əli İsmayıl oğlu Əliyevin rəssam gözü ilə yazdığı bu əsərdə, Fərhad Xəlilovun çoxsaylı yaradıcı əsərləri müxtəlif baxış bucağından təhlil edilərək araşdırılmış və ona qiymət verilmişdir. Kitabda verilmiş çoxsaylı rəngli illüstrasiyalar araşdırma və şərhlərin əyaniliyinə kömək edir. Bu kitabın ölkəmizdə Fərhad Xəlilova həsr olunmuș ilk yeganə və geniş yazılmıș tədqiqat əsəri olmasını nəzərə alaraq, onun həm sənətsevərlər üçün, həm də sənətşünaslar və rəssamlar, dizayn və incəsənətin müvafiq sahələri üzrə təhsil alan tələbələrin istifadəsi üçün tövsiyə edilir.