Şərqin qapısında möcüzələr

İncəsənət fondu

Şərqin qapısında möcüzələr

[ Eldəniz ibrahimov :: 2009 ]
Şərqin qapısında möcüzələr
Publisist-sənətşūnas Eldəniz İbrahimovun "Şərqin qapısında möcüzələr" kitabı yeni "Vətən qarış-qarış" seriyasından ilk nəşrdir. Şəki-Zaqatala bölgəsi (Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları) barədə maraqlı materialların yerləşdirildiyi birinci kitab üç dildə - azərbaycan, ingilis və rus dillərində hazırlanmışdır. Azərbaycanın ən gözəl guşələrindən olan Şəki-Zaqatala bölgəsinin möcüzələri ilə onun hər bucağinda rastlaşırsan. Təbiəti də, tarixi-memarliq abidələri də, sakinlərin adət-ənənələri də regionun bugünkü inkişafı da möcüzədir. Regionun ən böyük möcüzəsi onun Yerusəlim kimi müqəddəs bir diyar olmasıdır. Burada atəşpərəstlik məbədləri, sinaqoqlar, kilsələr və möhtəşəm məscidlər çox vaxt bir-birinin lap yaxınlığında yerləșirlər. Xristianlığı Azərbaycana eramızın I əsrinin 54-57-ci illərində apostol müqəddəs Yelisey gətirmişdir. Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey burada kilsə tikdirir. Təqribən üç əsr sonra isa xristian dini qonșu Gürcüstanda va Ermənistanda yayılmağa başlamışdır. Bölgədəki müsəlman abidələri də öz zərifliyi və orijinallığı ilə göz oxşayirlar. Bu kitabdakı materiallar respublikamızın sakinləri, xaricdə yaşayan soydaşlarımız və əcnəbi turistlər üçün faydalı olacaqdır.