Qrafika Akkordları

İncəsənət fondu

Qrafika Akkordları [Mais Əliyev]

Qrafika Akkordları
Müasir Azarbaycan qrafika sənətinin ən görkəmli ustalarından biri Mais Əliyevdir. Onun yaradıcılığını bir məqalədə təhlil etmək çətindir. Təəssüf ki, sənətsevərlərin geniş kütləsi bu maraqlı sənətkarın əsərləri ilə kifayət qədər tanıs deyildir. Bu, rəssamın xarakterindəki xüsusiyyətlərlə, daha çox təvəzökarlıqla, yaradıcılığının az təbliğ olunması ilə bağlıdır. Təqdim etdiyimiz kitab M. Əliyevin yaratdığı əsrarəngiz qrafika dünyası ilə yalnız ilk tanışlıq xarakteri daşıyacaqdır.