Yaşar Səmədov: Cizgilərə hopan ömür

İncəsənət ədəbiyyatı

Yaşar Səmədov: Cizgilərə hopan ömür

[ Ziyadxan Əliyev :: 2024 ]
Yaşar Səmədov: Cizgilərə hopan ömür
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin “Yaşar Səmədov. Cizgilərə hopan ömür” kitabı ölkəmizdə novator pedaqoq-rəssam kimi tanınan Azərbaycan Respublikasının Əməkdar müəllimi Yaşar Səmədovun həyat və yaradıcılığına həsr olunmuşdur. Uzun illər ərzində təsviri sənətin rəngkarlıq və qrafika sahələrində uğurla fəaliyyət göstərən rəssamın yaradıcılığının daima milli çalarlara bələnməsi onun əsərlərinə duyulası marağı şərtləndirmişdir. Kitabda yer almış reproduksiyaların timsalında həmin sahələrdə ərsəyə gətirilmiş uğurlu əsərlərin cəlbedici estetikasının çoxqatlı məna-məzmun daşıyıcısı olmasına əmin olmaq mümkündür. Kitab sənətşünaslar və sənətsevərlər üçün nəzərdə tutulmuşdur.