Bülbül - Vokal Sənətinin Zirvəsidir
[ Sevda Əliyeva :: 2006 ]
Kitab Azərbaycan vokal sənətinin banisi – maestro Bülbülün həyat və yaradıcılığına həsr olunmuşdur. Kitaba Bülbülün müasirlərinin xatirələri, həmkarlarının ürək sözləri, dostlarının məktubları, Bülbülün Memorial Muzeyinin fondundan götürülmüş fotoşəkillər və sənədlərin əsli daxil edilmişdir.
Bülbülün şöhrəti həqiqətən əfsanəvidir. Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz iz qoyan Bülbül dünya musiqi sənətində parlaq səhifələr yazmışdır. Bülbül , Şərq və Qərb musiqi mədəniyyətinin qovuşdurulmasına nail ola bilmişdir.
Bu kitab vokal sənətinin ölməz ustadı, alim – musiqişünas, professor, ictimai xadim, maestro Bülbülə daha bir ümumxalq məhəbbətinin təzahürüdür.