Azərbaycan Milli Çalğı aləti: TAR

İncəsənət ədəbiyyatı

Azərbaycan Milli Çalğı aləti: TAR

[ Arif Əsədullayev :: 2025 ]
Azərbaycan Milli Çalğı aləti: TAR
Tar - Azərbaycan xalq musiqi mədəniyyətinin, milli muğam janrının, professional klassik musiqi zövqünün inkişafında çox qiymətli təsir gücünə malik bir çalğı alətidir. Tar nəinki Şərqdə Mərkəzi Asiyada da IX-X əsrlərdə yaşamış xalqların musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Bu kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqqat laboratoriyasının əməkdaşları tərəfindən hazırlanmış elmi araşdırmadır. Kitab ali və orta ixtisas musiqi məktəbləri, tar ifaçıları, tarı tədris edən müəllimlər, tar ixtisası üzrə təhsil alan tələbələr, musiqişünüslar, səs rejissorları, tarı sevərlər və ümumiyyətlə musiqi sevərlər üçün nəzərdə tutulmuşdur.