Azərbaycan xalq mahnıları
[ Minəxanım Təkləli :: 2006 ]
Bu kitababda çox zəngin olan xalq mahnılarımızın böyük bir qismi toplanmışdır. Bu məcmuə xalqın mənəvi həyatında mühüm yer tutan mahnılarımızın mətnlərinin qorunub hifz olunması zərurətindən irəli gələrək yazılmışdır. Bu kitabı müəllif dinlədiyimiz xalq mahnılarının müasir səs və notlarını, həmçinin yeni versiyalarını, Bülbül, Xan, Rəşid Behbudov, Şövkət xanım, Sara xanım kimi sənətkarların yaradıcılığı üzrə, eləcə də bir sıra mənbələr əsasında daha qədim mətnləri bərpa etmək məqsədilə ərsəyə gətirmişdir.
Mahnılar yenidən işlənərkən onların yayıldıqları Kərkük ellərində, Cənubi Azərbaycanda, Türkiyədə, xüsusən Qars-İqdır diyarında və Azərbaycan xalq dastanlarında diqqəti cəlb edən faktlar nəzərə alınmışdır.