Ustad Əli dədənin rəqs melodiyaları
[ Rauf Bəhmənli :: 2025 ]
Monoqrafiya nəfəs alətlərinin tanınmış ifaçılarından olmuş Əli Kərimovun yaradıcılığına həsr edilmişdir.
Musiqişünas-alim Rauf Bəhmənli ustad sənətçinin bütün rəqs havalarını əldə etmiş, onların yaranma tarixi haqqında heç bir mənbədə yazılmayan maraqlı faktları aşkara çıxarmışdır.
Kitabın məzmunu bir çox rəqs havalarının unudulmuş, qaranlıq səhifələrini işıqlandırmışdır.
“Ustad Əli dədənin rəqs melodiyaları” adı ilə təqdim edilən bu kitabın böyük əhəmiyyət kəsb edən əsas özəlliyi, ustadın yaratdığı 57 rəqs melodiyasının not yazısını əks etdirməsidir.
Müəllif bu tədqiqat əsərində Əli Kərimova məxsus bəzi rəqs havalarının erməni ifaçıları tərəfindən saxtalaşdırılaraq mənimsənilməsini faktlarla göstərərək ifşa edir.
Bu kitab musiqi sənətinin müxtəlif istiqamətlərini araşdıran tədqiqatçılar, bəstəkarlar, musiqi nəzəriyyəçiləri və instrumental ifaçılar üçün qiymətli bir mənbədir.