Zərbi muğamlar
[ Ramiz Zöhrabov :: 2004 ]
Təqdim olunan bu kitab oxucuları şifahi ənənəli Azərbaycan professional musiqisinin əsas janrlarından olan zərbi – muğamlarla tanış edir.
Kitabda Azərbaycan xalqının musiqi irsində zərbi – muğamların yeri, mənşəyi, təşəkkülü, inkişafı və bədii qiyməti müəyyənləşdirilir, xanəndə və sazəndələrin ifasından nota yazılmış doqquz zərbi – muğam əsasında onların musiqi dilinin və poetik məzmununun səciyyəvi cəhətləri araşdırılır, bəstəkar yaradıcılığının təzahürü tədqiq olunur.
Kitab musiqişünaslar, bəstəkarlar, professional ifaçılar, ali və orta ixtisas musiqi məktəblərinin müəllim və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.