Türk Xalqlarının Musiqisi

İncəsənət ədəbiyyatı

Türk Xalqlarının Musiqisi

[ Lalə Hüseynova :: 2023 ]
Türk Xalqlarının Musiqisi
Təqdim olunan bu dərs vəsaitində türk xalqlarının ənənəvi musiqi mədəniyyəti – xalq yaradıcılığı və şifahi ənənəli peşəkar musiqi janrları, habelə milli çalğı alətləri barədə bilgilər əksini tapmışdır. Kitabda öncə türklərin tarix səhnəsinə gəlişi və oynadığı rola nəzər salınmış, türkologiyanın bir elm sahəsi kimi yaranması və istiqamətləri haqda məlumatlar verilmişdir. Daha sonra Mərkəzi Asiyada yaşayan türk xalqarı - qırğız, qazax, türkmən, özbək və uyğurlar, Rusiya Federasiyası tərkibində yaşayan tatarlar, başqırdlar və s. xırda türk xalqları, Krımda yaşayan qaqauzlar, karaimlər, Ön asiayada yaşayan Türkiyə (Anadolu) və nəhayət Sibirdə yaşayan altay, tıva, saxa və xakasların milli, ənənəvi və müasir musiqilərinin janr və xüsisiyyətləri haqda geniş məlumat əldə etmək mümkündür. Vasait ali musiqi məktəbində tədris olunan “Türk xalqlarının musiqisi” üçün nəzərdə tutulub.