Kitabxana-informasiya xidmətinin müasir formalarından biri kimi, məlumat bülletenləri ən aktual mövzular üzrə yeni biblioqrafik informasiyanı tələbatçılara operativ şəkildə çatdırmaq məqsədilə tərtib olunur. Azərbaycan, rus və ingilis dillərində hazırlanan məlumat bülletenləri Prezident Kitabxanasının elektron kataloqa daxil edilmiş dövri mətbuat materialları əsasında hazırlanır.

İqtidar. Müxalifət. Xalq

İllik tərtib edilən bu məlumat bülleteni icra hakimiyyəti, parlament, siyasi partiyalar və ictimai birliklər, məhkəmə hakimiyyəti, ordu quruculuğu, bələdiyyələr və vətəndaş cəmiyyətinə dair biblioqrafik məlumatları özündə əks etdirir. Bülletenin hər bir bölməsində materiallar xronoloji ardıcıllıqla qurulmuşdur və mütəmadi olaraq yenilənir.

Ətraflı

Tarix. Elm. Mədəniyyət

İllik tərtib edilən bu məlumat bülleteninə Azərbaycan tarixinə, elminə, təhsilinə, mədəniyyətinə, ədəbiyyatına, idman və turizmə dair materiallar daxil edilir. Bülletenin hər bir bölməsində materiallar xronoloji ardıcıllıqla qurulmuşdur və mütəmadi olaraq yenilənir.

Ətraflı

Azərbaycan iqtisadiyyatı

İllik tərtib edilən bu məlumat bülleteninə sosial-iqtisadi sahənin müxtəlif aspektlərinə –– energetika, kənd təsərrüfatı, maliyyə və kredit, nəqliyyat, sahibkarlıq, sənaye, sığorta, sosial həyat, statistika, ticarət və vergi məsələlərinə dair materiallar daxil edilir. Bülletenin hər bir bölməsində materiallar xronoloji ardıcıllıqla qurulmuşdur və mütəmadi olaraq yenilənir.

Ətraflı

Azərbaycan Respublikasında seçkilər

İllik tərtib edilən bu məlumat bülletenində Azərbaycan Respublikasında Prezident, Parlament və bələdiyyə seçkilərinə, referendumlara, MSK-nın fəaliyyətinə və beynəlxalq təcrübəyə dair biblioqrafik materiallar əks etdirilir. Bülletenin hər bir bölməsində materiallar xronoloji ardıcıllıqla qurulmuşdur və mütəmadi olaraq yenilənir.

Ətraflı

Xarici siyasət və beynəlxalq münasibətlər

İllik tərtib olunan bülletendə beynəlxalq əlaqələrə, diplomatik missiyalara, xarici-iqtisadi fəaliyyətə, beynəlxalq hüquqa və beynəlxalq təşkilatlara dair biblioqrafik materiallar təqdim edilir. Bülletenin hər bir bölməsində materiallar xronoloji ardıcıllıqla qurulmuşdur və mütəmadi olaraq yenilənir.

Ətraflı

Neft və qaz

İllik tərtib olunan bülletendə neft-qaz hasilatı və sənayesinə, ixrac və nəqlinə, beynəlxalq əlaqələrə və enerji təhlükəsizliyinə və Neft Fonduna dair biblioqrafik materiallar istifadəçilərə təqdim edilir. Bülletenin hər bir bölməsində materiallar xronoloji ardıcıllıqla qurulmuşdur və mütəmadi olaraq yenilənir.

Ətraflı

İnsan haqları

İllik tərtib edilən məlumat bülletenində Ombudsman fəaliyyətinə, gender probleminə, penitensiar sistemə, beynəlxalq hüquqda insan haqları və miqrasiyaya dair biblioqrafik materiallar istifadəçilərə təqdim edilir. Bülletenin hər bir bölməsində materiallar xronoloji ardıcıllıqla qurulmuşdur və mütəmadi olaraq yenilənir.

Ətraflı

Ekologiya

İllik tərtib edilən məlumat bülleteninə ətraf mühitə və ekoloji maarifçilik məsələlərinə, biomüxtəliflik və iqlim dəyişmələrinə dair biblioqrafik materiallar daxil edilir. Bülletenin hər bir bölməsində materiallar xronoloji ardıcıllıqla qurulmuşdur və mütəmadi olaraq yenilənir.

Ətraflı

KİV. İKT və yeni texnologiyalar

İllik tərtib olunan bu məlumat bülletenində kütləvi informasiya vasitələrinə, elektron hökumətə, Azərkosmos və İKT sektoruna, innovasiya və rabitə xidmətlərinə dair biblioqrafik materiallar təqdim edilir. Bülletenin hər bir bölməsində materiallar xronoloji ardıcıllıqla qurulmuşdur və mütəmadi olaraq yenilənir.

Ətraflı

Multikulturalizm

Rüblük tərtib edilən məlumat bülletenində milli-mədəni müxtəliflik, etnik-dini dözümlülük, tolerantlıq, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, multikulaturalizm məsələlərinə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə dair qəzet və jurnal məqalələrinin biblioqrafiyası toplanlanaraq xronoloji ardıcıllıqla təqdim edilir. Bülletenin hər bir bölməsində materiallar xronoloji ardıcıllıqla qurulmuşdur və mütəmadi olaraq yenilənir.

Ətraflı