XIX əsrin əvvəllərindən etibarən ermənilərin mərhələ-mərhələ tarixi Azərbaycan ərazilərinə kütləvi surətdə köçürülüb yerləşdirilməsi nəticəsində xalqımız dəfələrlə yer-yurdlarından didərgin salınmışdır. 20-ci əsrin sonlarında azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisində monoetnik erməni dövləti yaranmışdır. Qərbi Azərbaycanda xalqımıza qarşı 1905-1906, 1918-1920, 1930-cu illərdə, 1948-1953 və 1987-1991-ci illərdə kütləvi qırğınlar, soyqırımları, repressiyalar və deportasiyalar həyata keçirilmişdir.
Bu məqsədlə Kitabxana Qərbi Azərbaycanın tarixini özündə əks etdirən “Qərbi Azərbaycan. Elektron kitabxana” layihəsi hazırlanmışdır.
Layihədə erməni vandalları tərəfindən dağıdılmış maddi-mədəniyyət nümunələri, soyqırımına məruz qoyulan toponimlərimiz haqqında məlumatlar, arxiv sənədləri, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası, xəritələr, şəxsiyyətlər haqqında məlumatlar, fotoxronika, fotosənəd və filmoqrafiya əks olunmuşdur. E-kitabxanada Qərbi Azərbaycanla bağlı e-kitab və e-məqalələr toplanmış, biblioqrafiya bölməsində kitabların, məqalələrin və avtoreferatların biblioqrafik təsvirləri verilmişdir.