Tarixdən səhifələr

Vətəndaşlıq haqqında Qanun  (11 avqust 1919- cu il)

Vətəndaşlıq haqqında Qanun (11 avqust 1919- cu il)

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə müstəqilliyini elan etdikdən sonra, dövlət quruculuğunun hüquqi əsaslarını formalaşdırmaq məqsədilə mühüm normativ sənədlər qəbul etmişdir. Bu hüquqi sənədlər sırasında vətəndaşlıq institutunun təsbit olunması xüsusi əhəmiyyətə malik idi. Dövlətin subyektliyini təmin edən əsas meyarlar sırasında yer alan vətəndaşlıq anlayışı Azərbaycan Xalq Cümhuriyyətində ilk dəfə hökumətin 1918-ci il 23 avqust tarixli qərarı ilə qəbul edilən “Azərbaycan vətəndaşlığı haqqında Əsasnamə”də əksini tapmışdır.

Akademik Kamal Talıbzadə

Akademik Kamal Talıbzadə

Talibzadə Kamal Abdulla Şaiq oğlu 1923-cü il avqustun 14-də Bakı şəhərində anadan olmuşdur. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspirantı olmuş (1945-1948), filologiya üzrə namizədlik (1949), doktorluq (1965) dissertasiyaları müdafiə etmiş, professor (1972) elmi adı almışdır. 1980-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.

Görkəmli Azərbaycan opera və estrada müğənnisi Müslüm Maqomayev

Görkəmli Azərbaycan opera və estrada müğənnisi Müslüm Maqomayev

Müğənni (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev 17 avqust 1942-ci ildə Bakıda doğulmuşdur. Bəstəkar Əbdülmüslüm Məhəmməd oğlu Maqomayevin nəvəsidir. 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. 1964-1965-ci illərdə Milanın "La-Skala" teatrında sənətkarlığını artırmışdır. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. M. Maqomayev yüksək temperamentli, yumşaq templi, gözəl ahəngli böyük səsə malik idi.

Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazi

Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazi

Mirvarid Paşa qızı Dilbazi XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olmuşdur. O, 1912-ci il avqustun 19-da Qazax qəzasının Xanlıqlar (indiki Musaköy) kəndində dünyaya gəlmişdir. Erkən yaşlarında atasını itirən Mirvarid xanım uşaqlıq illərini Daş Salahlı kəndində babası Mustafa ağanın himayəsində keçirmiş, burada zəngin mənəvi mühit onun formalaşmasına ciddi təsir göstərmişdir. 1920-ci illərdə təhsilini davam etdirmək üçün Bakıya gələn Mirvarid xanım burada qız seminariyasında oxumuş, oranı bitirdikdən sonra Biləcəri dəmir yolu məktəbində və digər təhsil ocaqlarında müəllim kimi fəaliyyət göstərmişdir.

Xan Şuşinski: Azərbaycan muğam sənətinin korifeyi

Xan Şuşinski: Azərbaycan muğam sənətinin korifeyi

İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Qarabağın mədəniyyət beşiyi olan Şuşa şəhərində dünyaya gəlmişdir. O, Qarabağ xanlığının banisi Pənahəli xanın nəslindən – Məhəmməd bəy Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin oğlu idi. Erkən yaşlarından musiqiyə maraq göstərən İsfəndiyarın səsi və istedadı ətrafdakılar tərəfindən seçilirdi. Onun bu fitri istedadı ilk olaraq dövrünün məşhur xanəndəsi, “Segah İslam” kimi tanınan İslam Abdullayevin diqqətini cəlb etmiş və ustad onu öz himayəsinə alaraq ifaçılığın sirlərini öyrətmişdir.

Akademik Bəkir Nəbiyev

Akademik Bəkir Nəbiyev

Bəkir Əhməd oğlu Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş bölgəsinin Üçqovaq kəndində anadan olmuşdur. 1954-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmiş, 1960-cı ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1961-ci ildən AEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi katib, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 1970-ci ildə filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.

Görkəmli kinorejissor və aktyor Şahmar Ələkbərov

Görkəmli kinorejissor və aktyor Şahmar Ələkbərov

Şahmar Zülfüqar oğlu Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olmuşdur. Atası Zülfüqar kişi Cəbrayıl rayonundan, anası İzulət xanım isə Tiflisə bağlı ərazidəndir. Şahmarın 9 yaşı olanda ailəsi Gəncədən Bakıya köçmüş və o, təhsilini burada davam etdirmişdir. 1964-cü ildə teatr institutunun “Aktyorluq” fakültəsində professor Rza Təhmasibin kursunu bitirmişdir. Hələ III kursdan Akademik Milli Dram Teatrına işə qəbul olunaraq, burada müxtəlif tamaşalarda uğurlu rollar ifaçısı kimi tanınmağa başlamışdır.

Sənətşünas alim Məhəmməd Ağaoğlu

Sənətşünas alim Məhəmməd Ağaoğlu

Məhəmməd Ağa oğlu Ağayev 1896-cı il avqustun 24-də İrəvan şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. İbtidai təhsilini mədrəsədə aldıqdan sonra 1912-ci ildə gimnaziyanı bitirmiş və həmin ildə Moskva Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Burada o, qədim Şərq incəsənəti, ədəbi-fəlsəfi fikri ilə yaxından tanış olmuş, bu sahələrə marağı elmi tədqiqat meyli ilə tamamlanmışdır. 1916-cı ildə universiteti bitirən Məhəmməd Ağaoğlu daha sonra elmi araşdırmaları ilə bağlı bir sıra Şərq ölkələrinə – Türkiyə, Türkistan, İran, İraq, Suriya və Orta Asiyaya səyahət etmişdir.

Azərbaycanın Xalq şairi Fikrət Qoca

Azərbaycanın Xalq şairi Fikrət Qoca

Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. O, Ağdaş şəhərində orta məktəbi bitirmiş, 1953-1957-ci illərdə Bakı dəmir yolu texnikumunda oxumuş və 1957-1959-cu illərdə Bakı şəhərində tikinti idarəsində işləmişdir.

Mehriban Əliyeva – dövlətə və xalqa xidmət nümunəsi

Mehriban Əliyeva – dövlətə və xalqa xidmət nümunəsi

Mehriban Arif qızı Əliyeva – Azərbaycanın ictimai-siyasi həyatında, humanitar və mədəni sahələrində dərin iz qoymuş görkəmli şəxsiyyət, XXI əsrin Azərbaycan qadınının nümunəvi simasıdır. O, 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Təhsilinə Bakıdakı 23 nömrəli orta məktəbdə başlayan Mehriban Əliyeva, 1981-ci ildə oranı qızıl medalla bitirmiş, elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur. İki il sonra təhsilini Moskva şəhərində davam etdirərək, 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə başa vurmuşdur.