Tarixdən səhifələr

Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan

Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan

Şairə, Qarabağ xanı İbrahim xanın nəvəsi Xurşidbanu Mehdiqulu qızı 15 avqust 1832-ci ildə Şuşada doğulmuşdur. Evdə təhsil almışdır. Bibisi Gövhər xanım dövrünün təhsil görmüş xanımı olmuş, Xurşidbanuya yazmağı, oxumağı, şəkil çəkməyi, musiqi alətlərində çalmağı öyrətmişdi. Natəvan ərəb, fars və türk dillərini bilirdi. Ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün onu sarayda “ Dürrü yekta” (Tək inci) çağırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçmişdir. 1850-ci ildə şairə Dağıstan zadəganlarından olan general Xasay xan Usmiyevlə ailə qurmuşdur.

AMEA-nın Naxçıvan Bölməsinin yaradılması

AMEA-nın Naxçıvan Bölməsinin yaradılması

Elmin inkişafını daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalamışdır. Qeyd olunan sərəncama müvafiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 elmi tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır.

Beynəlxalq Kitabsevərlər Günü

Beynəlxalq Kitabsevərlər Günü

Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Hər bir xalqın kitab və kitabxana tarixi onun milli təkamülünü və mədəni simasını ortaya çıxarmağa imkan verir. Kitablar mütaliə mədəniyyətinin inkişafına və cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsinə xidmət edir. Dünyanın bir çox ölkələrində kitabla bağlı müxtəlif bayramlar qeyd olunur. 9 avqust “Beynəlxalq Kitabsevərlər günü” də, bu bayramlardan biridir. Bu gün ilk olaraq Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq “Milli Kitab günü” kimi qeyd olunur. Daha sonra isə Amerikada yaranan bu bayram demək olar ki, dərhal dünyanın bir çox yerlərində pərəstişkar qazanaraq Beynəlxalq Kitabsevərlər Gününə çevrilib.

General Cəmşid Naxçıvanski

General Cəmşid Naxçıvanski

Kəngərli sülaləsininin nümayəndəsi olan Cəmşid Naxçıvanski 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində ştabs-rotmistr Cəfərqulu xan Kəngərli-Naxçıvanskinin ailəsində doğulmuşdur. Cəmşidin Nazlıbəyim adlı bir bacısı, Kəlbəli, Teymur, Ehsan və Davud adlı dörd qardaşı olmuşdur. Zəngin və maraqlı həyat yolu keçmiş Cəmşid Naxçıvanski ilk təhsilini evdə xüsusi müəllimlərdən almış, artıq 7 yaşında ikən Azərbaycan dilində yazıb-oxumağı, rus və fransız dillərində danışmağı öyrənmişdir. Sonralar İrəvanda pansionda oxumuş, 1907-ci ildə Tiflis kadet korpusuna daxil olmuşdur.

Azərbaycanın görkəmli şairi və satiriki Qasım bəy Zakir

Azərbaycanın görkəmli şairi və satiriki Qasım bəy Zakir

Lirik şair və satirik, “Zakir” (“Allahı zikr edən”, yəni yad edən mənasında) təxəllüsü ilə tanınan Qasım bəy Əli bəy oğlu Cavanşir 1784-cü ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır. Q. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxanada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir.

Milli valyuta - manatın dövriyyəyə buraxılması

Milli valyuta - manatın dövriyyəyə buraxılması

Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. 1991-ci ildə ölkəmizdə müasir mərkəzi bankçılıq dövrü başlamışdır. Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun "Bank sistemi və pul tədavülü" adlanan 14-cü maddəsində Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit edilmiş, Milli Bankın statusu və səlahiyyətləri müəyyən edilmişdir.

Yelenendorfda (Göygöl) alman koloniyasının əsasının qoyulması

Yelenendorfda (Göygöl) alman koloniyasının əsasının qoyulması

XVIII əsrin II yarısından başlayaraq çarizmin apardığı məskunlaşdırma siyasətinin əsas obyektlərindən biri də Qafqaz regionu idi. Bu siyasət Qafqazdan türksoylu və digər müsəlman xalqların sıxışdırılmasına, bu bölgənin xristianlaşdırılmasına və daha çox Avropa mədəniyyətinə — xristian dininə aid xalqlarla məskunlaşdırılmasına xidmət edirdi. 1770-1780-ci illərdə çar Rusiyası Şimali Qafqazın böyük bir hissəsini işğal etdi və bu vaxtdan başlayaraq Qafqazda alman kolonistlərinin məskunlaşdırılması siyasəti həyata keçirilməyə başlandı. Qafqazda almanlar kompakt şəkildə Don-hərbi dairəsində, Kubanda, Kabarda-Balkariyada, Şimali Dağıstanda, Çeçenistanda, Azərbaycan və Gürcüstanda məskunlaşmışlar.

Bakının tanınmış memarı İosif Qoslavski

Bakının tanınmış memarı İosif Qoslavski

İosif Vikentyeviç Qoslavski 1865-ci ildə Polşanın Varşava şəhərində zadəgan ailəsində dünyaya gəlmişdir. Gənclik illərində Peterburqa köçən Qoslavski burada mühəndis-memar ixtisası üzrə təhsil almış, 1890-cı ildə I Nikolay adına Peterburq Mülki Mühəndislər İnstitutunu müvəffəqiyyətlə bitirmişdir. Onun istedadı və texniki bacarığı nəzərə alınaraq, Rusiya İmperiyası Daxili İşlər Nazirliyinin Texniki İnşaat Komitəsinə göndərilmişdir. İosif Qoslavskinin Bakıya ilk gəlişi 1891-ci ilə təsadüf edir.

4 Avqust 2003 il: Azərbaycan dövlətçiliyində yeni səhifənin başlanğıcı

4 Avqust 2003 il: Azərbaycan dövlətçiliyində yeni səhifənin başlanğıcı

Azərbaycanın dövlətçilik tarixində elə qərarlar var ki, onlar yalnız müəyyən idarəetmə mərhələlərinin dəyişməsi ilə deyil, bütövlükdə dövlətin gələcək siyasi arxitekturasının qurulması ilə nəticələnir. 2003-cü il 4 avqust tarixində Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasında İlham Əliyevin Baş nazir vəzifəsinə təyinatının təsdiqlənməsi məhz bu cür dönüş nöqtələrindən biri kimi tarixə düşdü.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov

Boyakar, monumentalçı və teatr rəssamı, SSRİ və Azərbaycan xalq rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakıda doğulmuşdur. 1950-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1955-ci ildə Litva Dövlət İncəsənət İnstitutunu bitirmişdir. T. Nərimanbəyovun romantik aspektdə işlənmiş tabloları gərgin ritm və ekspressiv əlvanlığı ilə zəngindir. T. Nərimanbəyovun “Xəzər üzərində şəfəq”, “Baltika balıqçıları” tablolarında gənc entuziastların romantik obrazları əks olunmuşdur.