Tarixdən səhifələr

Görkəmli şərqşünas alim Vasim Məmmədəliyev

Görkəmli şərqşünas alim Vasim Məmmədəliyev

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsil almış, 1964-cü ildə universitetin əyani aspiranturasına daxil olmuş və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirmişdir.

AXC hökumətinin xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərarı

AXC hökumətinin xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərarı

Azərbaycanda dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Həmin dövrə qədər (istər XIX əsrdə, istərsə də xüsusilə XX əsrin əvvəllərində) görkəmli Azərbaycan ziyalıları ana dili, eləcə də Azərbaycanda gedən dil prosesləri barədə müəyyən mülahizələr söyləmiş, təkliflər vermişdilər. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin yarandıqdan cəmisi bir ay sonra 27 iyun 1918-ci ildə türk dilini rəsmən dövlət dili elan etməsi XIX əsrin sonu, XX əsrin əvvəllərində müəyyənləşmiş milli ideologiyanın birbaşa təsirinin nəticəsi idi.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunun Kapustin -Yar qəsəbəsində anadan olub. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Çingiz Mustafayev Cəmşid Naxçıvanski adına hərbi liseydə 3-cü sinifdən 10-cu sinifə qədər təhsil alıb. O, hərbi məktəbi tərk edib təhsilini Yasamal rayonu 167 saylı məktəbdə davam etdirib və 1977-ci ildə oranı bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olur, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran Ç.Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləyir. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilir.

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə

Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1934-cü ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, burada orta təhsilini başa vurduqdan sonra 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1947-ci ildə universiteti bitirmişdir. Daha sonra aspiranturada təhsilini davam etdirərək 1950-ci ildə oranı başa vurmuşdur. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.