Tarixdən səhifələr

Azərbaycan monumental heykəltaraşlığın ilk qadın nümayəndəsi Münəvvər Rzayeva

Azərbaycan monumental heykəltaraşlığın ilk qadın nümayəndəsi Münəvvər Rzayeva

Şərqin ilk monumentalçı heykəltəraşı, Əməkdar rəssam Münəvvər Məcid qızı Rzayeva 1929-cu il iyunun 6-da Bakıda anadan olmuşdur. Əslən Şuşalı olan Münəvvər Rzayevanın atası Məcid bəy Şuşada tanınmış xalça ustası olmuşdur. O, 1946-1950-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1950-1956-cı illərdə isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsində təhsil almışdır. AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərərək bir neçə heykəli məharətlə bərpa etmiş və çoxsaylı heykəl, büst və barelyeflərin müəllifi olmuşdur. 1953-cü ildə Rəssamlar İttifaqı və Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü seçilmişdir.

“Tərəqqi” qəzetinin ilk nömrəsinin nəşri

“Tərəqqi” qəzetinin ilk nömrəsinin nəşri

“Tərəqqi” qəzeti Azərbaycan mətbuat tarixində müstəsna bir yer tutan, qısa, lakin təsirli ömrü ilə yadda qalan nəşrdir. Milyonçu Murtuza Muxtarovun maliyyə dəstəyi yaranan bu qəzet, özünü "Hürriyyət, müsavat, ədalət" şüarı altında təqdim edərək cəmiyyətdə radikal dəyişikliklərə səbəb olmuşdur. 1908-ci il iyunun 8-də Bakıda nəşrinə başlayan “Tərəqqi” qəzeti, Azərbaycan jurnalistikasında dönüş nöqtəsinə çevrildi. Qəzetin ilk dövrlərində həftədə 5 dəfə, daha sonra isə gündəlik çıxması onun oxucu kütləsi arasında yüksək populyarlıq qazandığının əyani sübutudur.

Müstəqilliyə aparan Qurtuluş yolu: Heydər Əliyevin Bakıya tarixi Qayıdışı

Müstəqilliyə aparan Qurtuluş yolu: Heydər Əliyevin Bakıya tarixi Qayıdışı

SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş Azərbaycan dövlətçiliyini qoruya bilməmiş, qeyri-peşəkar və təcrübəsiz rəhbərlik dövləti dərin uçuruma aparırdı. Qarabağda vəziyyət ağırlaşmış, ərazi itkiləri artmış, daxildə isə siyasi qarşıdurmalar, silahlı qruplaşmalar arasında çəkişmələr ölkəni parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalq çıxış yolunu yalnız siyasi uzaqgörənliyə, zəngin idarəçilik təcrübəsinə və böyük nüfuza malik bir liderin qayıdışında görürdü — bu lider isə yalnız Heydər Əliyev idi.

Akademik Məmməd Arif Dadaşzadə

Akademik Məmməd Arif Dadaşzadə

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyunun 10-da Bakı şəhərində anadan olmuşdur. Bakı Xalq Maarifi İnstitutunda oxumuş və ADU-nun Şərq fakültəsini bitirmiş (1920-1925), Moskvada Sovet Şərq Xalqları Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur (1925-1928). Filologiya üzrə namizədlik (1944), doktorluq (1954) dissertasiyaları müdafiə etmiş, professor (1955) elmi adını almışdır. AEA-nın müxbir üzvü (1955) və həqiqi üzvü (1958) seçilmişdir.

Birinci Avropa Oyunları

Birinci Avropa Oyunları

Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli Qərarı ilə 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi hüququ Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə verildi. Bakı 2015 Birinci Avropa Oyunları Avropa Oyunları tarixdə ilk dəfə 12 iyundan 28 iyun tarixinə qədər Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirildi. 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarını Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli Fərmanı ilə Təşkilat Komitəsi yaradıldı.

Azərbaycan Yazıçılar İttifaqı yaranması

Azərbaycan Yazıçılar İttifaqı yaranması

XX əsrin əvvəllərində Azərbaycanın ədəbi-mədəni həyatı bir sıra önəmli hadisələrlə əlamətdar olmuşdur. Başqa sahələr kimi milli mətbuat aləmində də ümumi canlanma özünü büruzə verir, ilk ədəbi-bədii jurnallar - “Fyüzat” (1906-1907 illər), (Əlibəy Hüseynzadənin redaktorluğu altında – M.Hadi, A.Səhhət, H.Cavid və başqalarının iştirakı ilə), “Yeni Fyüzat” (1910-1911 illər) və digər dərgilər artıq fəaliyyət göstərirdi.

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Hacıağa Mütəllib oğlu Abbasov 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906–1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. H. Abbasov burada azərbaycanlılardan ibarət teatr truppası yaradıb və sonralar bu truppanı Teymurxanşurada (Dağıstanın indiki Buynaksk rayonu) teatra çevirib. Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib.

Azərbaycanın Xalq artisti, tanınmış aktyor Möhsün Cəfərov (Sənani)

Azərbaycanın Xalq artisti, tanınmış aktyor Möhsün Cəfərov (Sənani)

Səhnəmizin görkəmli, məşhur və sevilən aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov) 19 iyun 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində dünyaya göz açıb. Erkən yaşında ata-anasını itirən Möhsün nənəsinin himayəsində qalmışdır. Kiçik Möhsün 1906 - cı ildən mədrəsədə təhsil almağa başlayır. Nənəsi onu atası kimi molla, mərsiyaxan kimi görmək istəyir. Lakin 1908 - ci ildə nənəsini itirən Möhsün bacısıyla birlikdə xalası Molla Ziynət xanımın himayəsində yaşamalı olmuşlar. Ziynət xanım onları öz övladları kimi qəbul edərək qayğılarına qalsa da, ailə üzvlərinin çox olması müəyyən maddi çətinliklər yaradır.

Azərbaycan professional vokal sənətinin banisi, Azərbaycanın Xalq artisti Bülbül

Azərbaycan professional vokal sənətinin banisi, Azərbaycanın Xalq artisti Bülbül

Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi, təsnif ifaçısı, professor, SSRİ xalq artisti Məmmədov Murtuza Məşədi Rza oğlu (Bülbül) 1897- ci il iyunun 22-də Şuşada anadan olmuşdur. İlk musiqi təhsilini 1907-ci ildə 10 yaşında olarkən Şuşa musiqi məktəbində almışdır. Şuşalılar Murtuzanı uşaq vaxtından özünəməxsus oxu tərzi, məlahətli səsinə görə Bülbül çağırırdılar. Uşaqlıq illərində ona verilmiş Bülbül adı sonradan onun parlaq istedadını əks etdirən artistlik təxəllüsünə çevrilmişdir. Bülbül səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.