Tarixdən səhifələr

Mülki aviasiya işçilərinin peşə bayramı

Mülki aviasiya işçilərinin peşə bayramı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. 1938-ci il iyunun 2-də ilk aviasiya qrupumuzun yaradılması ilə Azərbaycanda mülki aviasiyanın təməli qoyulub. Ölkəmizdə ilk təyyarə uçuşları 1910-cu ildə Bakıda reallaşmış, rus aviatoru Utoçkin “Farman” tipli aeroplanla Balaxanı “şossesində” dörd gün ardıcıl uçuş həyata keçirmişdir. Bu hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı artmağa başlamış, Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilmişdir.

Batum müqaviləsi (1918)

Batum müqaviləsi (1918)

1918-ci il martın 3-də Dördlər İttifaqı (Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı İmperiyası və Bolqar Çarlığı arasında bağlanmış hərbi ittifaq və Birinci dünya müharibəsi dövründə (1914-1918) Antanta dövlətlərinə qarşı vuruşmuş koalisiya) ilə Sovet Rusiyası arasında imzalanan Brest-Litovsk sülh müqaviləsinə görə Rusiya, rus qoşunlarının işğalı altında olan Şərqi Anadolu əraziləri ilə yanaşı, 1877-1878-ci il rus-türk müharibəsinin yekunlarına görə Osmanlı dövlətindən aldığı Qars, Ərdəhan və Batum vilayətlərini də dərhal boşaltmağı öz üzərinə götürdü.

 Ümumdünya ətraf mühitin mühafizəsi günü

Ümumdünya ətraf mühitin mühafizəsi günü

Bəşəriyyət, yarandığı gündən müasir dövr də daxil olmaqla onu əhatə edən təbii mühitdən öz xeyri üçün istifadə etmək məqsədilə ona hər cür müdaxilə etməkdən çəkinməmişdir. Təbii sərvətlərdən yüzilliklər boyu kortəbii, səmərəsiz istifadə olunması nəticəsində təbii mühit dünya miqyasında əsaslı dəyişikliyə məruz qalıb. Yer kürəsinin quru sahəsinin 97 mln kv km ərazisi antropogen təsirə məruz qalıb. 52 mln kv km ərazi isə hələlik öz təbii halını saxlamaqdadır.

Qurban bayramı

Qurban bayramı

Azərbaycan xalqı əsrlər boyu müqəddəs Qurban bayramını böyük sevinc və coşqu hissi ilə qarşılamış, qurbankəsmə mərasimini öz milli adət-ənənəsinə, mənəvi dəyərinə çevirmişdir. Müqəddəs Qurban bayramı insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. İslamda cəmi iki bayram — Qurban və Ramazan bayramları qanuniləşdirilib. "Qurban" sözü ərəb dilində Allahın rəhmətinə yaxınlaşma mənasını verir. Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı Hicri-qəməri təqviminin 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

Ümumdünya Qida Təhlükəsizliyi Günü

Ümumdünya Qida Təhlükəsizliyi Günü

Müasir dövrümüzdə qida təhlükəsizliyi ilə bağlı məsələlər böyük aktuallıq kəsb etməkdədir. İnsanların sağlam yaşamaları üçün yetərli miqdarda, eyni zamanda təhlükəsiz və keyfiyyətli qida qəbul etməsi olduqca vacib şərtlərdən biridir. Əhalinin zəruri qida məhsulları ilə tələbatının ödənilməsi hər bir ölkə və dövlət üçün mühüm siyasi-ictimai, iqtisadi və tibbi əhəmiyyətə malik olmaqla yanaşı, həmin qidaların təhlükəsizliyinin təmin edilməsi də dövlətin başlıca prioritetlərindəndir.

AXC-də Əks-inqilabla Mübarizə Təşkilatının yaradılması

AXC-də Əks-inqilabla Mübarizə Təşkilatının yaradılması

1918-ci ilin may ayının 28-də dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi” qəbul olunduqdan sonra daxili və xarici təhdidlərə qarşı effektiv mübarizə aparmaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək və dövlət sərhədləri daxilində təhlükəsizliyi təmin edə bilmək üçün milli ordu ilə yanaşı təhlükəsizlik orqanlarına böyük ehtiyac yaranmışdı. Azərbaycan hökuməti bu məqsədlə yaradılacaq yeni qurumun Hərbi Nazirliyin tərkibində olmasını məqsədəuyğun sayırdı.

 Tibb İşçilərinin Peşə Bayramı

Tibb İşçilərinin Peşə Bayramı

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Səhiyyə və Sosial Təminat Nazirliyinin yarandığı günə istinad edərək imzaladığı sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Yaxın Şərqin bir hissəsi olan Azərbaycanda qədim zamanlardan tibbi xidmətə xüsusi diqqət yetirilmiş, təbiblər cəmiyyətin ən nüfuzlu üzvləri sayılmışdır. Fiziki-coğrafi, sosial-iqtisadi və siyasi xüsusiyyətlər Azərbaycanın hər bölgəsinin, özünəməxsus tibbi biliklər, müalicə metodları və vasitələrinin formalaşdırılmasını şərtləndirmişdir.

Beynəlxalq Olimpiya Komitəsi

Beynəlxalq Olimpiya Komitəsi

Olimpiya Oyunları beynəlxalq idman aləminin ən populyar və ən böyük beynəlxalq idman yarışlarıdır. Antik dövrdən günümüzədək gəlib çatmış bu nüfuzlu yarışlar geniş sosial - fəlsəfi məna kəsb edərək sülh və əmin-amanlığa xidmət edir. Olimpiya Oyunları, təxminən, 12 əsr boyunca Qədim Yunan təqviminin idman, sosial və mədəni tarixi olub. Olimpiya müntəzəm olaraq dini mərasimlərin keçirildiyi, həm də Qədim Oyunlara ev sahibliyi edən müqəddəs bir yer olaraq yunan sivilizasiyasının mərkəzi idi. Qədim Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi baron Pyer de Kuberten təklif etmişdi.

Azərbaycan Respublikasında Dənizçi günü

Azərbaycan Respublikasında Dənizçi günü

“Dənizçi Günü” peşə bayramı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə təsis olunub. Sərancamla hər ilin 25 iyun tarixi Azərbaycan Respublikasında “Dənizçi Günü” peşə bayramının qeyd edilməsi qərara alınıb. Bu, bütün Azərbaycan dənizçilərinin gərgin, lakin şərəfli əməyinə dövlət başçısının verdiyi çox yüksək qiymətdir. XIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verir. Həmin dövrdə neft və neft məhsullarının daşınması üçün yeni üzən vasitələr tələb olunurdu.

Dünya Azərbaycanlılarının IV Qurultayı

Dünya Azərbaycanlılarının IV Qurultayı

2016-cı ilin 3-4 iyun tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Tarixi hadisə sayılan bu qurultay, həm xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, həm də milli birlik və həmrəyliyin gücləndirilməsi baxımından xüsusi önəm daşıyırdı. Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə təşkil olunmuş bu qurultay dünya azərbaycanlılarının qlobal miqyasda bir araya gəldiyi möhtəşəm birlik nümayişinə çevrildi