Tarixdən səhifələr

Görkəmli Azərbaycan şairi Əlican Qövsi Təbrizi

Görkəmli Azərbaycan şairi Əlican Qövsi Təbrizi

XVI əsrin sonu – XVII əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Əlican Qövsi Təbrizi 1568-ci ildə Təbrizdə sənətkar və şair ailəsində anadan olmuşdur. O, ilk təhsilini atasından almış, daha sonra İsfahanda oxumuş və təhsilini başa vurduqdan sonra Təbrizə qayıdaraq burada din xadimi kimi fəaliyyət göstərmişdir. Qövsi Təbrizi əsərlərini həm fars, həm də Azərbaycan türkcəsində yazmışdır. Onun poeziyasında klassik üslubun poetik xüsusiyyətləri ilə xalq şeirinə məxsus sadəlik və səmimiyyət uzlaşır. Şair fikirlərini aydın ifadə etmiş, şeirlərində danışıq dilindən geniş istifadə etmiş, xalq deyimləri və atalar sözlərinə tez-tez müraciət etmişdir.

Klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri Saib Təbrizi

Klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri Saib Təbrizi

XVII əsr Şərqinin ən görkəmli şairlərindən biri Azərbaycan və fars dillərində gözəl şerlər müəllifi Saib Təbrizidir. Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Atası Mirzə Əbdürrəhim tacir idi və məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, dərin etibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi bütün şərq dünyasında "Qələmi şirin" adı ilə tanınmış çox mahir xəttat idi. On altıncı əsrin axırlarında, şah Təhmasibin zamanında Təbriz osmanlılar tərəfindən işğal olunmuşdu. Şəhər azad edildikdən sonra şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında idi.

Akademik Fuad Qasımzadə

Akademik Fuad Qasımzadə

Fuad Feyzulla oğlu Qasımzadə 1929-cu il oktyabr ayının 22-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirdikdən sonra o, 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil almışdır. Fuad Qasımzadə 1952-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, həmin universitetin fəlsəfə ixtisası üzrə aspiranturasına daxil olmuşdur. Əmək fəaliyyətinə 1953-cü ildə, hələ Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alarkən başlayan Fuad Qasımzadə həyatını bu təhsil ocağı ilə bağlamışdır.

Tribologiya və tribotexnika sahəsində tanınmış azərbaycanlı alim və mütəxəssis Əhəd Canəhmədov

Tribologiya və tribotexnika sahəsində tanınmış azərbaycanlı alim və mütəxəssis Əhəd Canəhmədov

Əhəd Xanəhməd oğlu Canəhmədov 23 oktyabr 1946-cı ildə anadan olmuşdur. O, Azərbaycan mühəndislik elminin inkişafında, xüsusən də tribologiya və tribotexnika (tribologiya - sürtünmə, yeyilmə və yağlamanın qarşılıqlı əlaqələrini öyrənən bir elmdir; tribotexnika isə bu elmi tətbiq edərək texniki sistemlərin və mexanizmlərin dizaynı üçün sürtünmə, yeyilmə və yağlama proseslərini idarə etmək məqsədi daşıyan tətbiqi sahədir) sahəsində xüsusi xidmətləri ilə seçilən alimlərdən biridir. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirən Canəhmədov, mühəndislik elminə bağlılığını ilk gündən sübut etdi.

Məşhur neftçi Qurban Abbasov (Neftçi Qurban)

Məşhur neftçi Qurban Abbasov (Neftçi Qurban)

Qurban Abasqulu oğlu Abbasov, xalq arasında “Neftçi Qurban” adı ilə tanınan görkəmli neftçi, 26 oktyabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildə “Artyomneft” trestində fəhlə kimi başlayan Qurban Abbasov daha sonra “Azərneft” Birliyinin qazma idarəsində qazmaçı və buruq ustası, sonrakı illərdə isə “Gürgənneft” NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində çalışmışdır. Əmək fəaliyyətini davam etdirərək, o, Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsini “Neft və qaz quyularının qazılması” ixtisası üzrə bitirmişdir.

Tanınmış amerikalı tarixçi, Yel Universitetinin professoru Firuz Kazımzadə

Tanınmış amerikalı tarixçi, Yel Universitetinin professoru Firuz Kazımzadə

Əslən azərbaycanlı olan Amerika tarixçisi,Yel Universitetinin tarix üzrə əməkdar professoru Firuz Kazımzadə 1924-cü il oktyabrın 27-də Moskvada anadan olub. Firuz Kazımzadə ilk təhsilini Moskvada alıb. Sonradan ABŞ-a köçən Kazımzadə ali təhsilini ABŞ – da (1944) Stenford Universitetində almışdır. 1946-cı ildə universiteti fəqlənmə diplomu ilə bitirən Firuz Kazımzadə 1 il sonra Harvard Universitetinin magistraturasına daxil olur. 1950-ci ildə Harvard Universitetində Rusiya tarixinə dair doktorluq dissertasiyasını müdafiə edir və 1956- cı ilə qədər bu unuversitetdə çalışır. Firuz Kazımzadə 27 yaşında ilk "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" adlı kitabını 1951-ci ildə nəşr etdirib.

Azərbaycanın Xalq yazıçısı, akademik Mirzə İbrahimov

Azərbaycanın Xalq yazıçısı, akademik Mirzə İbrahimov

Xalq yazıçısı, dramaturq, ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab mahalının yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. M.İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunmuşdur. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya – Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş, "Giqantlar ölkəsində" adlı oçerklər kitabını qələmə almışdır.

Azərbaycanın görkəmli hərbi xadimi Vəli bəy Yadigarov

Azərbaycanın görkəmli hərbi xadimi Vəli bəy Yadigarov

Azərbaycanın görkəmli hərbi xadimlərindən biri Vəli bəy Sadıq bəy oğlu Yadigarov 31 oktyabr 1898 - ci ildə Tiflis quberniyasının Borçalı qəzasının Təkəli kəndində zadəgan ailəsində anadan olub. Məşhur Azərbaycan şərqşünası Mirzə Cəfər Topçubaşova qohumluğu çatan atası Sadıq bəy oğlanlarını hərbi məktəblərə qoymuşdur. Vəli bəy Yadigarovun anası isə, Krım tatarı, lakin Polşada doğulan Olqa Koruçibaşeva (Qoruçubaşıyeva) idi. Vəli bəy 1909-cu ildə Tiflis hərbi gimnaziyasına qəbul edilmiş və 1916-cı ilədək burada oxumuşdur. Vəli bəy 1916-ci ildən Rusiyanın Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməyə başlamışdır.