Müstəqilliyinə yenidən qovuşan Azərbaycan dövlətinin xarici siyasətinin əsas hədəflərindən biri də ölkənin beynəlxalq nəqliyyat kommunikasiya mərkəzlərindən birinə çevrilməsi olmuşdur. Bu baxımdan, Bakı – Tbilisi – Qars dəmiryolunun tikintisi əhəmiyyətli rol oynayır. Azərbaycan ilə Türkiyə arasında Gürcüstan dəmiryolu xəttinin tikintisi məsələsi ilk dəfə olaraq hələ 1993 cü ilin iyulunda müzakirə olunmuşdu. Dəmiryolunun tikintisinə dair razılaşma Azərbaycan, Gürcüstan və Türkiyə arasında 2005 ci ilin yanvar ayında imzalandı. O zaman maliyyə çatışmazlığı ucbatından layihənin icrası təxirə salındı.
1 Oktyabr - prokurorluq işçilərinin peşə bayramı günüdür. Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair Sərəncam imzalayıb. Ölkəmizdə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır.
İrəvan qalası - 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın əmri ilə onun vəziri Rəvanqulu xan tərəfindən Zəngi çayının sahilində, hazırkı İrəvan şəhərinin yerində inşa edilmişdir. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınıb. Sonralar Rəvan sözü dialektdə İrəvan kimi işlənib. İlk mənbələrin məlumatlarına görə, qala kvadrat formasında idi və 7 hektar sahəni əhatə etmişdir. İkicərgəli qala divarlarının uzunluğu 4,5 km olmuşdur. Xarici divarının hündürlüyü 10,5-12 m. olan qala divarları ərazini şimal-şərq, cənub-şərq və cənub-qərb tərəfdən əhatə edirdi. Ərazinin digər tərəfi isə sıldırımlı Zəngi çayına söykənirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 oktyabr 2005-ci ildə imzaladığı "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncama əsasən hər il oktyabrın 13-ü Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu,13 oktyabr 1955 - ci ildən SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyət göstərib. Dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarix əsas götürülüb.
Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasındakı münasibətləri və ərazi-sərhəd məsələlərini aydınlaşdırmaq və dəqiqləşdirmək üçün 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-nə qədər Qars şəhərində konfrans keçirildi. Azərbaycan KP MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olundu. Azərbaycan hökuməti çalışırdı ki, Qarsda güclü nümayəndələrlə təmsil olunsun. Behbud Şahtaxtinskinin konfransda iştirakı faktı isə Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi.
1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılmiş “Bakı bonları” ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi. 1919-cu il mart ayının 7-də Azərbaycan Respublikası hökuməti Azərbaycan Dövlət Bankının təşkil edilməsi haqqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təskilati, maliyyə, habelə hər hansı basqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlanndan, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlannı müdafiə etməkdir.
Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub. Ailədə dörd uşaq atası olan Məmmədkərim ağa özü də hərbçi idi. O, əlahəzrət imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri idi. 1877-ci il iyulun 27-də əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə, ona praporşik rütbəsi verilmişdir. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol (indiki Gəncə) quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində çalışmışdır.
6 oktyabr - Ümumdünya Yaşayış Məskənlərinin Qorunması Günü 1979-cu ildə Berndə vəhşi fauna və floranın, təbii yaşayış məskənlərinin qorunması Konvensiyası çərçivəsində təsis olunub. Bu sənəd Azərbaycan Respublikası tərəfindən 1999-cu il noyabrın 28-də ratifikasiya edilib. Planetimizin hazırki ekoloji durumu, insan-təbiət münasibətlərində yaranmış disbalans dünyanın məşhur alimlərini və bütün nüfuzlu beynəlxalq təşkilatları artıq həyəcan təbilini çalmağa məcbur etmişdir.
Azərbaycanın bütün Şərqdə şöhrət qazanan şairlərindən biri, saray ədəbiyyatının ilk görkəmli nümayəndəsı Qətran Təbrizidir. Qətran Təbrizi 1012-ci ildə Təbriz yaxınlığındakı Şadiabad kəndində anadan olmuşdur. Şairin tam adı Əbu Mənsur Qətran Cili Azərbaycanidir. İlk təhsilini Şadiabadda almış, sonra Təbrizdə oxumuşdur. O zaman Azərbaycanda bir neçə feodal dövlət qurumu vardı. Bunlardan biri də paytaxtı Gəncədə olan Şəddadilər dövləti idi. Ərəb xilafətinin çiçəkləndiyi dövrlərdə Gəncə müsəlman aləminin şimalında iri mədəniyyət mərkəzinə çevrilir. Burada universitetlər, məktəblər, fərdi və ictimai kitabxanalar, rəsədxana və tibb mərkəzləri fəaliyyət göstərir.