Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Bu günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. İCOMOS (International Council on Monuments and Sites) - UNESCO-nun Dünya İrsi Mərkəzinin məşvərətçi orqanı olan, memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatdır. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur.

PRESLIB.AZ

Zərifə Əliyeva

Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinı əks etdirən elektron resurs.

zarifaaliyeva.preslib.az

Oxumağa dəyər bir kitab

Məhsəti: müəmma haləsinə bürünmüş qeyri-adi qadın taleyi: roman

Məhsəti: müəmma haləsinə bürünmüş qeyri-adi qadın taleyi: roman

Bir qadın gətirin gözünüzün qabağına... Gözəl, gənc, ağıllı, istedadlı, azad ruhlu bir qadın... Özünün şeir, musiqi, hətta şahmat məktəbi olan bir qadın...Şərq qadını. Və o qadının nə az, nə çox - düz 900 il bundan əvvəl yaşadığını düşünün. Biz çox qədimik, yoxsa o, daha müasirdir? Şərq dünyasının yaradıcı qadına, onun azadlığına, ictimai fəaliyyətinə münasibəti 900 il əvvəl necə idi, indi necədir? Ümumiyyətlə, kimdir Məhsəti?

Kitab haqqında digər kitablar

Virtual sərgi

Molla Nəsrəddin  –  120

Molla Nəsrəddin – 120

Molla Nəsrəddin jurnalı XX əsrin əvvəllərində Azərbaycan mətbuatının və ümumilikdə Şərq publisistikasının ən parlaq nümunələrindən biri kimi tanınır. Jurnal 1906-cı ildə Tiflis şəhərində nəşrə başlamış, sonrakı illərdə Təbriz və Bakı şəhərlərində fəaliyyətini davam etdirmişdir. Onun yaradıcısı və baş redaktoru görkəmli yazıçı və publisist Cəlil Məmmədquluzadə olmuşdur. Jurnal öz adını Şərq…

T.V.S.

Tez-tez Verilən Suallar

Kitabın elektron variantının olub olmadığını yoxlamaq üçün kitabxanaçılardan və ya kitabxananın rəsmi saytından məlumat ala bilərsiniz.

Kitabxananın rəsmi veb-saytına daxil olaraq “Elektron kitabxana” bölməsindən istədiyiniz kitablara, layihələrə və virtual sərgilərə elektron formatda onları oxumaq və ya endirmək üçün keçid edə bilərsiniz.

Kitabxanada Wi-Fi xidmətləri mövcuddur.

Kitabxananın rəsmi saytına daxil olaraq elektron resurslara giriş əldə bilərsiniz.

Kitabxananın oxu zalları bazar ertəsi - cümə günlərində 9:00-18:00 kimi işləyir.

Kitabxananın rəsmi saytında yeni kitablar bölməsinə daxil olaraq Azərbaycan və xarici dillərdə çap olunan ən son kitablar haqqında məlumat ala bilərsiniz.

Kitabxananın istifadə qaydaları və şərtləri ilə tanış olduqdan sonra Oxu zalında qeydiyyatdan keçə bilərsiniz.

Tədqiqat üçün kitabxananın rəsmi saytında müxtəlif mövzular üzrə biblioqrafik və tam mətinli elektron resurslar vardır.

Ali Attestasiya Komissiyasına arayış təqdim etmək üçün şəxsiyyət vəsiqəsi, kitabın çap variantının olması vacibdir (əlavə olaraq kitabın elektron variant müəllifin öz razılığı ilə təqdim edilə bilər).

Kitabı özünüz və yaxud poçt vasitəsi (nüsxə sayı müəllifin istəyinə görə) ilə təqdim edib arayış ala bilərsiniz.

Verilənlər bazası və abunələr

Müəllifi olduğumuz tammətnli verilənlər bazası və abunə olduğumuz mühüm bazalar. Bu bazalardan rahatlıqla kitabxana daxilində istifadə etmək olar.

T.C. CUMHURBAŞKANLIĞI MEVZUAT BİLGİ SİSTEMİ
polpred миллионы деловы статей по отраслям
International Federation of Library Associations and Institutions
İnformasiya Təminatı Bazası

Kitabxanadan istifadə

Prezident Kitabxanasının oxu zallarından şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi və ya pasport) olan Azərbaycan və xarici ölkə vətəndaşları istifadə edə bilər.

Kitabxananın saytında olan bütün resurslar (elektron layihələr, elektron kitablar, biblioqrafik göstəricilər, məlumat bülletenləri) internet istifadəçiləri üçün açıqdır.

Abonementdən yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İşlər İdarəsinin və tabeliyindəki qurumların əməkdaşları istifadə edə bilərlər.