Prezident Kitabxanasının yeni layihəsi olan “Konstitusiya və Suverenliyin Zəfəri” elektron informasiya resursu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə misilsiz fəaliyyətini sistemi şəkildə və xronoloji ardıcıllıqla əks etdirir. Əsas məqsəd Prezident İlham Əliyevin Zəfər tariximizdə və Suverenliyimizin tam təmin edilməsində (27 sentyabr, 2020 – 19-20 sentyabr, 2023) gördüyü işləri ictimaiyyətə daha dolğun və məqsədyönlü informasiya şəklində çatdırmaqdır. İnformasiya resursu hadisələrin ardıcıllığına və xarakterinə görə üç əsas dövrə: -İşğala son qoyulması (26 sentyabr, 2020 - 11 dekabr, 2022); -Ərazi bütövlüyümüzün bərpası (12 dekabr, 2022 - 18 sentyabr, 2023) və -Suverenliyimizin tam təmin edilməsi (19-20 sentyabr, 2023 - 12 iyun, 2024) dövrünə bölünmüşdür. Hər dövrün altbölmələrində 44 günlük Vətən müharibəsindən - Rusiya sülhməramlı kontingentinin suveren ərazimizdən çıxarılmasınadək bütün tarixi hadisələr 9 bölmədə yerləşdirilmişdir.
Eyni zamanda, informasiya resursunda bu istiqamətdə Azərbaycan Prezidentinin imzaladığı qanun, fərman və sərəncamlar da əks olunur. E-Kitablar və E-Məqalələr bölməsində Zəfər tariximizə dair 100-dən artıq kitab və məqalələr toplanmışdır.