Xəbərlər

Prezident Kitabxanasında Nizami Gəncəvinin ədəbi irsinə həsr olunmuş kolleksiya istifadəyə verilib

Prezident Kitabxanasında Nizami Gəncəvinin ədəbi irsinə həsr olunmuş kolleksiya istifadəyə verilib

Prezident Kitabxanasında Nizami Gəncəvinin ədəbi irsinə həsr olunmuş kolleksiya istifadəyə verilib

Prezident Kitabxanasının "Kolleksiyalar" bölməsinin "Ədəbi irs" alt bölməsində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş yeni kolleksiya istifadəçilərin ixtiyarına verilib.

Ömrü boyu qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradan Nizami Gəncəvi Yaxın və Orta Şərqin fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini ecazkar söz sənəti incilərini zənginləşdirmiş, çox sayda davamçıdan ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Onun əsərləri yalnız klassik poeziyanın zirvə nümunəsi olmaqla qalmır — bəşəri dəyərlər, humanist ideallar və dərin fəlsəfi qatlar baxımından dünya ədəbiyyatı xəzinəsinin ayrılmaz bir parçasına çevrilib. Nizaminin parlaq irsi əsrlər boyunca Şərqin mədəni sərvətlər toplusunda layiqli yerini qoruyub saxlamış, görüntü sənəti üzərindəki dərin təsiri ilə Şərq miniatür rəngkarlığının inkişafına da güclü təkan vermişdir.

Bu kolleksiyaya daxil edilən əsərlər Nizami Gəncəvinin bədii dühasının müxtəlif qatlarını əhatə edir. Möhtəşəm epik poemalarından lirik şeirlərinə, dərin hikmət dolu aforizmlərdən fəlsəfi düşüncələrinə qədər uzanan bu kolleksiya şairin yaradıcılıq dünyasını bütövlükdə duymaq istəyən hər bir oxucuya geniş imkan yaradır. Bu təşəbbüs eyni zamanda milli ədəbi irsin rəqəmsal mühitdə qorunması və geniş auditoriyaya çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Kolleksiya: Ədəbi irs
Nizami Gəncəvi

Nizami Gəncəvi

Nizami Gəncəvi XII əsrin ən böyük şair və mütəfəkkirlərindən biri hesab olunur. O, dünya ədəbiyyatında epik-lirik poeziyanın zirvələrindən birini yaratmış, humanizm, ədalət, sevgi və mənəvi kamillik ideyalarını yüksək bədii dillə…