Nadir kitablar

Kolleksiya

Sindbad le Marin

Sindbad le Marin

“Sindbad le Marin” (Dənizçi Sinbad) — “Min bir gecə” silsiləsinə daxil olan ərəb nağılının zəngin tərtibatla nəşr olunmuş fransız versiyasıdır. Kitab Parisdə fransız dilində nəşr edilmişdir. Rəssam Moris Rey tərəfindən işlənmiş 55 qravür ilə illüstrasiya olunmuş bu nəşrdə, əfsanəvi dənizçi Sindbadın müxtəlif dövrlərdə oxucuların marağına səbəb olan sərgüzəştləri əks olunub.…

La Bande Arlequin

La Bande Arlequin
[ Octave Le Roy ]

“La Bande Arlequin” (Arlekinin dəstəsi) — “Petite Bibliothèque Blanche” seriyasına daxil olan bu fransızdilli illüstrasiyalı nadir nəşr, Paris nəşriyyatı tərəfindən gənc oxucular üçün çap olunmuşdur. Kitabda “commedia dell'arte” qəhrəmanlarından ilhamlanmış Arlekin və onun dostlarının macəraları təsvir olunur. Süjet yumor, fantaziya və teatr elementləri ilə zəngindir. Rəssam Guido tərəfindən işlənmiş illüstrasiyalar…

История евреев от древнейших времён до настоящего

История евреев от древнейших времён до настоящего
[ Генрих Грец :: 1908 ]

“История евреев от древнейших времён до настоящего” (Ən qədim zamanlardan bu günədək yəhudilərin tarixi) — XIX əsrin tanınmış yəhudi tarixçilərindən biri, Breslavl Universitetinin professoru, alman tarixçisi Henrix Qretsin (Heinrich Graetz) fundamental əsəridir. Kitab yəhudilərin İspaniya və Portuqaliyadan qovulması, maranların Hollandiyaya köçü ilə bağlı dramatik dövrü əhatə edir. Əsərdə yalnız tarixi…

Le Diamant Vert

Le Diamant Vert
[ Henri Desmarest ]

“Le Diamant Vert” (Yaşıl almaz) — fransız yazıçısı Anri Demarenin (Henri Desmarest) Parisdə XIX əsrin ikinci yarısında fransız dilində nəşr olunmuş, zərif bəzədilmiş və macəra janrında yazılmış romanıdır. Bu, sirrlərlə, gözlənilməz hadisələrlə dolu həyəcanlı bir hekayədir. Məşhur fransız rəssamı A. Qrobenin illüstrasiyaları süjeti tamamlayır və dövrün ruhunu çatdırır. Kitab öz…

Album Deutscher Lyrik

Album Deutscher Lyrik

“Album Deutscher Lyrik. Lieder und Romanzen” (Alman lirikası albomu. Mahnılar və romanslar) — XIX əsrin sonlarında Leypsiqdə işıq üzü görmüş, nəfis tərtibatı ilə seçilən alman nəşridir. Kitab alman dilində çap olunmuşdur və alman ədəbiyyatı klassiklərinin poetik əsərlərindən — mahnılar və romanslardan ibarət bir topludur. Nəşrə xüsusi dəyər verən cəhətlərdən biri…

Napoléon et son temps. L’Empire

Napoléon et son temps. L’Empire
[ Roger Peyre ]

“Napoléon et son temps. L’Empire” (“Napoleon və onun dövrü. İmperiya”) adlı bu fundamental tədqiqat əsəri XIX əsrin sonlarında fransız tarixçisi Roje Peyra (Roger Peyre) tərəfindən qələmə alınmışdır. Əsər Napoleon Bonapart dövrünün hərtərəfli təhlilinə həsr olunmuş və orijinal arxiv sənədləri, sənət nümunələri və nadir vizual materiallar əsasında yazılmışdır. 333 ədəd qravürlə…

The Brazen Lyre

The Brazen Lyre
[ Edmund George Valpy Knox :: 1911 ]

Britaniya yazıçısı və satiriki E. V. Knoksun (Edmund George Valpy Knox) “The Brazen Lyre” əsəri müəllifin özünəməxsus yumoru və zərif üslubda yazılmış məzəli esse, şeir və satirik qeydlər toplusudur. Nəşr 1911-ci ildə Londonda ingilis dilində çap olunub. Uzun müddət məşhur “Punch” satirik jurnalı ilə əməkdaşlıq edən müəllif XX əsrin əvvəllərindəki…

Der Fliegende Holländer

Der Fliegende Holländer
[ Julius Wolff :: 1892 ]

“Der Fliegende Holländer” (“Uçan Hollandiyalı”) — alman şairi və yazıçısı Yulius Volfun (Julius Wolff) qələmə aldığı romantik dəniz salnaməsidir. Əsər 1892-ci ildə Berlində alman dilində nəşr olunmuşdur. Roman lənətlənmiş kapitan haqqında əfsanəyə əsaslanır və bu qədim mifin XIX əsrin sonunun tarixi-romantik nəsr üslubunda bədii təfsiridir. Sərt fırtına, sirli gəmi və…

Rounding Up the Raider

Rounding Up the Raider
[ Percy Francis Westerman ]

“Rounding Up the Raider” — britaniyalı yazıçı Persi F. Vestermanın (Percy Francis Westerman) hərbi-dəniz mövzusunda macəra romanıdır. XX əsrin 30-cu illərində Londonda, Qlazqoda və Bombeydə ingilis dilində nəşr olunan bu əsər Birinci Dünya müharibəsi zamanı Britaniya gəmisi heyətinin qəhrəmanlıqlarla dolu dəniz döyüşlərini və macəralarını təsvir edir. Roman dinamik süjeti, maraqlı…

Goldene Worte der Hohenzollern

Goldene Worte der Hohenzollern

“Goldene Worte der Hohenzollern” (“Hohensollernlərin qızıl sözləri”) nəşri – imperator (kayzer) I Vilhelmin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış illüstrasiyalı xatirə kitabıdır. Kitab Berlin şəhərində alman dilində çap olunmuşdur. A. Zaydel tərəfindən tərtib və redaktə edilmiş bu nəşr, Brandenburq-Prussiya qoluna mənsub Hohensollern sülaləsi nümayəndələrinin çıxışlarını, aforizmlərini və bioqrafik təsvirlərini əhatə…