Puşkin toplusu

Nadir kitablar

Puşkin toplusu

[ 1899 ]
Puşkin toplusu
1899-cu ildə rus dilində nəşr olunmuş “Пушкинский сборник” (“Puşkin Toplusu”) kitabı böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin (1799-1899) anadan olmasının yüz illiyinin qeyd olunmasına həsr olunub. Nəşr XIX əsrin sonlarının görkəmli rus ədəbiyyatşünasları, şairləri və rəssamları tərəfindən yazılmış məqalələr, tədqiqatlar, şeirlər, nəsr əsərləri, həmçinin müasirləri tərəfindən qələmə alınmış xatirələr toplusudur. A. V. Amfiteatrovun təklifi əsasında yaranan bu məcmuə ideyası Peterburqun ədəbi dairələrinin aparıcı nümayəndələri tərəfindən dəstəklənmişdir. Nəşrin məqsədi təkcə şairin xatirəsini əbədiləşdirmək deyil, həm də əldə olunan vəsaiti Mixaylovskoye kəndində xeyriyyə müəssisəsinin yaradılmasına yönəltmək olmuşdur. Nəşr professor V. V. Mate tərəfindən ustalıqla, incə cizgilərlə və yüksək bədii zövqlə işlənmiş Aleksandr Sergeyeviç Puşkinin portreti — ofortla bəzədilmişdir. “Puşkin toplusu” öz dövrünün parlaq mədəni hadisəsinə çevrilmiş, Puşkinə dərin ehtiramı əks etdirmiş və böyük şairin xatirəsinə minnətdarlıq əlaməti olaraq Rusiyanın ən yaxşı yaradıcı qüvvələrini bir araya gətirmişdir.