Альбом «Фантастические повести Н.В. Гоголя»

Nadir kitablar

Альбом «Фантастические повести Н.В. Гоголя»

[ 1892 ]
Альбом «Фантастические повести Н.В. Гоголя»
1892-ci ildə Sankt-Peterburqda naşir Yevgeni Yevdokimov tərəfindən nəşr edilmiş “N.V. Qoqolun fantastik povestləri” adlı nadir bədii albom XIX əsrin sonuna aid qiymətli nümunələrdəndir. “Sever” jurnalına əlavə kimi də yayımlanmış bu məşhur illüstrasiyalı nəşr, rus kitab qrafikası tarixində əlamətdar hadisəyə çevrilmişdir. Alboma öz dövrünün qabaqcıl ustadlarının — İlya Repin, Mixail Ziçi, Mixail Klodt və digərlərinin akvarel boyakarlıq nümunələrinin yüksək bədii keyfiyyətli reproduksiyaları daxil edilmişdir. Oxucuya Qoqolun “İtmiş məktub”, “Ovsunlanmış yer” və digər əsərlərinə çəkilmiş ifadəli illüstrasiyalarla yanaşı, yazıçının İlya Repin tərəfindən fırçaya alınmış portreti də təqdim olunur. Nəşrin bədii tərtibatı üzərində tanınmış rəssamlar — M. A. Ziçi, K. İ. Tixomirov, N. P. Zaqorskiy və onların müasirləri çalışmışlar. Albom nəfis bədii icrasına, nadir nüsxə olmasına və Nikolay Qoqolun ədəbi irsinin qorunub saxlanılmasında oynadığı xüsusi rola görə kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir. Bu nəşr öz dövrünün parlaq nümunəsi və illüstrasiyalı kitab nəşriyyatı tarixinin inkişafında mühüm mərhələdir.