Amerikalı yazıçı Ceyms Fenimor Kuperin (Fenimore Cooper) fransız dilində nəfis şəkildə nəşr olunmuş məşhur macəra romanlarından birinin fransızca versiyasıdır. Kitab 1885-ci ildə nəşr olunub, gənc oxucular üçün uyğunlaşdırılmış və 24 qravür ilə bəzədilmişdir. “Sonuncu Mogikan” — Şimali Amerikada XVIII əsrin müstəmləkə müharibələri dövründə yerli xalqların faciəvi taleyindən bəhs edən “Dəri…
Adolf Frayherr fon Kniqqenin (Adolf Freiherr von Knigge) “Über den Umgang mit Menschen” (İnsanlarla necə davranmalı) adlı əsəri etik davranış, nəzakət qaydaları və sosial ünsiyyət mədəniyyəti üzrə bələdçi hesab olunur. 1898-ci ildə Almaniyada nəşr edilmiş bu kitab yalnız etik qaydalar toplusu olmaqla kifayətlənmir, həm də mənəviyyata və ünsiyyət mədəniyyətinə dair…
“Frauen – Liebe und Leben. Lieder-Cyclus” (Qadınlar – Sevgi və Həyat. Mahnılar silsiləsi) — Almaniyanın ən böyük romantik şairlərindən biri olan Adelbert fon Şamissoya (Adelbert von Chamisso) məxsus poetik silsilənin zəngin təsvirlərlə bəzədilmiş alman dilində nəşrdir. Topluya qadın sevgisi mövzusunu səmimi duyğular, daxili təlatümlər və incə lirika ilə üzə çıxaran…
Avstriyalı tanınmış yazıçı və publisist Peter Rozeggerin (Peter Rosegger) (1843–1918) seçilmiş əsərlər toplusudur. 1911-ci ildə Almaniyanın Leypsiq şəhərində alman dilində yüksək bədii tərtibatla nəşr olunmuşdur. Nəşrə “Die Schriften des Waldschulmeisters” (Kənd müəlliminin yazıları) adı altında toplanmış əsərlər daxil edilib — bu obrazı müəllif avtobioqrafik və publisistik yazılarında tez-tez özünü təqdim…
“Black Beauty” (“Qara Köhlən”) – Anna Syuelin (Anna Sewell) klassik əsərinin Amerikada çap olunmuş nadir nəşri, uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu versiyada Qara köhlən at haqqında hekayə, oxumağa yeni başlayan uşaqlar üçün sadə və anlaşıqlı dildə nəql olunur. Mərhəmət, şəfqət və ədalət mövzularına həsr olunmuş bu povest tanınmış rəssam Fransis…
“Sindbad le Marin” (Dənizçi Sinbad) — “Min bir gecə” silsiləsinə daxil olan ərəb nağılının zəngin tərtibatla nəşr olunmuş fransız versiyasıdır. Kitab Parisdə fransız dilində nəşr edilmişdir. Rəssam Moris Rey tərəfindən işlənmiş 55 qravür ilə illüstrasiya olunmuş bu nəşrdə, əfsanəvi dənizçi Sindbadın müxtəlif dövrlərdə oxucuların marağına səbəb olan sərgüzəştləri əks olunub.…
“La Bande Arlequin” (Arlekinin dəstəsi) — “Petite Bibliothèque Blanche” seriyasına daxil olan bu fransızdilli illüstrasiyalı nadir nəşr, Paris nəşriyyatı tərəfindən gənc oxucular üçün çap olunmuşdur. Kitabda “commedia dell'arte” qəhrəmanlarından ilhamlanmış Arlekin və onun dostlarının macəraları təsvir olunur. Süjet yumor, fantaziya və teatr elementləri ilə zəngindir. Rəssam Guido tərəfindən işlənmiş illüstrasiyalar…
“История евреев от древнейших времён до настоящего” (Ən qədim zamanlardan bu günədək yəhudilərin tarixi) — XIX əsrin tanınmış yəhudi tarixçilərindən biri, Breslavl Universitetinin professoru, alman tarixçisi Henrix Qretsin (Heinrich Graetz) fundamental əsəridir. Kitab yəhudilərin İspaniya və Portuqaliyadan qovulması, maranların Hollandiyaya köçü ilə bağlı dramatik dövrü əhatə edir. Əsərdə yalnız tarixi…
“Le Diamant Vert” (Yaşıl almaz) — fransız yazıçısı Anri Demarenin (Henri Desmarest) Parisdə XIX əsrin ikinci yarısında fransız dilində nəşr olunmuş, zərif bəzədilmiş və macəra janrında yazılmış romanıdır. Bu, sirrlərlə, gözlənilməz hadisələrlə dolu həyəcanlı bir hekayədir. Məşhur fransız rəssamı A. Qrobenin illüstrasiyaları süjeti tamamlayır və dövrün ruhunu çatdırır. Kitab öz…
“Album Deutscher Lyrik. Lieder und Romanzen” (Alman lirikası albomu. Mahnılar və romanslar) — XIX əsrin sonlarında Leypsiqdə işıq üzü görmüş, nəfis tərtibatı ilə seçilən alman nəşridir. Kitab alman dilində çap olunmuşdur və alman ədəbiyyatı klassiklərinin poetik əsərlərindən — mahnılar və romanslardan ibarət bir topludur. Nəşrə xüsusi dəyər verən cəhətlərdən biri…