Mirzə Ələkbər Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 1862-ci il mayın 30-da Azərbaycanın Şamaxı şəhərində anadan olmuşdur. Sabir səkkiz yaşına çatanda atası onu mollaxanaya qoymuşdu. Mollaxanada o ərəb, fars dillərini öyrənib, Şərq ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı qazanıb.12 yaşına qədər Sabir mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Lakin iki il sonra atası Sabiri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağa davam edirdi.
Orucov Sabit Atababa oğlu 1912-ci il mayın 31-də Bakıda anadan olmuşdur. 1929-1931-ci illərdə orta məktəbdə dərs demiş, 1931-1936-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda oxumuşdur. S.Orucov 1940-cı ildə texnika üzrə fəlsəfə doktoru, 1961-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, professor elmi adını almış, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilmişdir. S.Orucov 1936-1946-cı illərdə kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olmuşdur. "Ordconikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneftdə" baş mühəndis işləmişdir.
Azərbaycan musiqişünaslıq elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, pedaqoq və ictimai xadim Ramiz Fərzulla oğlu Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub. 1947-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil almış, 1958-1960-cu illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxumuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirməsi onun elmi istiqamətini müəyyənləşdirmişdir.
Qafur Ələkbər oğlu Mirzəzadə (Qafur Rəşad) Azərbaycan maarifçilik tarixində çoxşaxəli fəaliyyəti ilə seçilən görkəmli ziyalılardan biridir. O, pedaqoq, publisist, naşir-mühərrir, tərcüməçi və coğrafiyaşünas kimi XX əsrin əvvəllərində milli təhsil sisteminin formalaşmasında, dərslik bazasının yaradılmasında və uşaq ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. 1884-cü il mayın 6-da Şamaxıda kasıb və savadsız boyaqçı Ələkbər kişinin ailəsində dünyaya gələn Qafur Rəşad ilk təhsilini mollaxanada almış, 1894-cü ildə şəhər altıillik məktəbinə daxil olmuşdur.