Tarixdən səhifələr

Azərbaycan Respublikasının Dövlət Himni

Azərbaycan Respublikasının Dövlət Himni

Azərbaycanda Dövlət Himninin yaradılması sahəsində ilk cəhd Azərbaycan Xalq Cümhuriyyəti dövründə edilmişdir. AXC hökuməti tərəfindən digər dövlətçilik atributları ilə yanaşı, dövlət himnimizin yaradılması sahəsində də müəyyən qərarlar qəbul edilmiş, müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi 1919-20-ci illərdə hazırlansa da, о dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin 14 noyabr 1919-cu il tarixli sayında Xalq Maarif Nazirliyi tərəfindən hökumətə milli himnin hazırlanmasının təşkili məsələsi haqqında rəsmi təkliflərin təqdim edildiyi xəbər verilir.

Akademik Əhəd Yaqubov

Akademik Əhəd Yaqubov

Yaqubov Əhəd Ələkbər oğlu 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Dağ-mədən fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. Ə.Yaqubov 1941-ci ildə “Abşeron yarımadasının qərb hissəsinin palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi” mövzusunda dissertasiya müdafiə etmiş, geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsinə, eləcə də 1942-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. 1947-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) həqiqi üzvü, akademik-katibi seçilmişdir.

Görkəmli yazıçı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyov

Görkəmli yazıçı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyov

İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu 1935-ci il may ayının 11-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində ali təhsil almış, 1962–1964-cü illərdə Moskvada Ali ssenari kurslarında, 1971–1973-cü illərdə isə Ali rejissor kurslarında oxumuşdur. Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan Tikinti Nazirliyinin Ağır Sənaye İnşaatı Trestində mühəndis kimi başlayan Maqsud İbrahimbəyov sonralar burada müxtəlif vəzifələrdə çalışmış, 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləmişdir.

Böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi

Böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi

Azərbaycanın ilk görkəmli qadın şairi, şahmatçı, musiqiçi və bəstəkarı Məhsəti Gəncəvi 12 may 1089-cu ildə Gəncədə anadan olmuşdur. XII əsr şeir məktəbinin yaradıcılarından biri olan Məhsəti Gəncəvi Azərbaycan ədəbiyyatının inkişafında mühim rol oynamışdır. Onun əsl adı Mənicə olmuş, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdür. Təxəllüsünün mənşəyi ilə bağlı bir rəvayət vardır. Bir gün Səlcuq sultanı Səncər onu saraya dəvət edir. Şairə sultana sarayda hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan onunla razılaşmır və farsca deyir: “To meh-həsti” ( “sən hamıdan böyüksən”). Beləliklə, “meh-həsti” “məhsəti” təxəllüsünə çevrilir.

Tanınmış təmsil ustası, şair-tərcüməçi Hikmət Ziya

Tanınmış təmsil ustası, şair-tərcüməçi Hikmət Ziya

Əməkdar incəsənət xadimi, tanınmış şair və təmsil ustası Əfəndiyev Hikmət Ziya oğlu 13 may 1929 – cu ildə Şəki şəhərində anadan olmuşdur. Atası Ziya Əfəndiyev peşəkar pedaqoq kimi Şəki, Zaqatala və Ağdamda müəllim işləmişdir. Babası Abdulla bəy Əfəndizadə Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olmuş və pedaqoq kimi fəaliyyət göstərmişdir. Onun dramaturq və şair kimi yetişməsində babasının böyük rolu olmuşdur. Uşaqlıq illərini Qarabağda keçirən Hikmət Ziya orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbində alır. 1947 – ci ildə ali təhsil almaq məqsədilə Bakıya gəlir və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olur.

Beynəlxalq İşıq Günü

Beynəlxalq İşıq Günü

16 May Beynəlxalq İşıq Günü UNESCO tərəfindən 2017-ci ilin noyabr ayında təsis edilib. Beynəlxalq İşıq Günü hər il UNESCO-nun Fundamental Elmlər üzrə Beynəlxalq Proqramı çərçivəsində Rəhbər Komitə tərəfindən keçirilir. Buna səbəb 2015-ci ildə UNESCO-nun təşəbbüsü ilə Beynəlxalq işıq və işıqlandırma texnologiyaları ilinin keçirilməsi olub. Həmin il 147 ölkə işığın elmdə, mədəniyyətdə, incəsənətdə, tibbdə, həmçinin insanın gündəlik həyatında roluna həsr olunmuş 13 mindən artıq tədbir keçirib. 16 may tarixi, fizik və mühəndis Teodor Mayman tərəfindən 1960-cı ildə dünyada ilk dəfə lazerin nümayiş etdirildiyi günə uyğun olaraq seçilmişdir. İşıq insan fəaliyyətində mərkəzi rol oynayır.

Azərbaycanın Xalq şairi Rəsul Rza

Azərbaycanın Xalq şairi Rəsul Rza

Rzayev Rəsul İbrahim oğlu 19 may 1910-cu ildə Göyçayda maarifpərvər ailədə doğulmuşdur. On dörd yaşında, oxumaqla yanaşı, şəhər kitabxanasında da işləyən Rəsul Rza 1925-ci ildə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, lakin sonradan təhsilini yarımçıq qoyaraq bacılarının yaşadığı Bakı şəhərinə köçmüşdü. O, burada məktəb yoldaşı, şair Abdulla Faruqun vasitəsilə ədəbi aləmdə kifayət qədər tanınan Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Mikayıl Rəfili, Əli Nazim və başqaları ilə yaxından tanış olmuş, tezliklə "Gənc işçi" qəzetinə tərcüməçi kimi qəbul edilmişdi.

Tanınmış bəstəkar Aqşın Əlizadə

Tanınmış bəstəkar Aqşın Əlizadə

Aqşin Əliqulu oğlu Əlizadə 1937-ci il mayın 22-də Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Bakı şəhər Bülbül adına xüsusi musiqi məktəbini bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Aqşin Əlizadə 1972-ci ilədək burada bəstəkarlıq kafedrasında işləyib. O, 1979-1985-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 1985-1990-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi vəzifələrini tutub. Aqşin Əlizadə 1991-1994-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər olub.

Görkəmli nasir və dramaturq İlyas Əfəndiyev

Görkəmli nasir və dramaturq İlyas Əfəndiyev

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açmışdır. İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri var. O, ömür-gün yoldaşının vəfatından sonra övladına müəllim, yoldaş, həm də ata əvəzi olub. Gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışıb, mütaliəyə böyük maraq göstərmişdir.

İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi

İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi

İrəvan şəhəri tarixi boyunca Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən biri olmuş və əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil etmişdir. XVIII əsrin sonları və XIX əsrin əvvəllərində İrəvan xanlığı Osmanlı və Qacar imperiyaları arasında strateji mövqeyə malik idi. 1828-ci ildə Rusiya-İran müharibəsi nəticəsində bağlanmış Türkmənçay müqaviləsi ilə İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə qatıldı. Rusiyanın Qafqaz siyasəti çərçivəsində, xüsusilə 1828-1830-cu illərdə, İran və Osmanlı torpaqlarından on minlərlə erməni ailəsi İrəvan və ətraf bölgələrə köçürüldü.