Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (Əfəndizadə) 1863-cü ildə Şəki şəhərində ruhani ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Cümə məscidində yerləşən mollaxanada Əbdürrəzzaq Tahirzadə adlı bir müəllimdən almışdır. Rəşid bəy Əfəndiyev 1873-cü ildə məscid məktəbini bitirib, təhsilini rus dilində əvvəl qəza məktəbində, sonra şəhər məktəbində davam etdirmişdir. O bu məktəblərdə hesab, coğrafiya, tarix, fizika, kimya elmlərini öyrənmiş, rus və Avropa yazıçılarının yaradıcılığı ilə tanış olmuşdur. 1879-cu ildə Rəşid bəy Əfəndiyev Cənubi Qafqaz (Qori) Müəllimlər Seminariyası nəzdində yenicə açılmış Azərbaycan şöbəsinə daxil olur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Müstəqillik Günü kimi təntənə ilə qeyd edilir. 1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra, bütün sahələrdə olduğu kimi, əlillərin hüquqlarının müdafiəsi, onların sağlamlığının qorunması istiqamətində də ardıcıl tədbirlər görülüb, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb.
8 may Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günü, Qırmızı Xaç Təşkilatının təşəbbüskarı isveçrəli yazıçı, Nobel Sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilib. Qırmızı Xaç Hərəkatının banisi, Solferino döyüşünün dəhşətlərindən təsirlənən Anri Dünan Fransa və Avstriya arasında 1859-cu ildə baş vermiş Salferino döyüşünün şahidi olur. O burada qalaraq 40 min yaralıya yerli kəndlilərlə birlikdə yardım edir. İsveçrəyə qayıdan Anri Dünan 1862-ci ildə özünün “Solferino Xatirələri” adlı kitabında döyüşün ağır nəticələrindən bəhs edən kitab yazır.
Xosrov Paşa bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur mahalının Kürdhacı kəndində anadan olub. Gəncə gimnaziyasında oxumuş, Novorossiysk Universitetinin tibb fakültəsini bitirmişdir (1903). Vətən tarixini, ədəbiyyatını və mədəniyyətini sevən ziyalılardan olan Xosrov bəy Şuşadakı evlərindən birini Şərq kitabxanası adlandırmış, quberniya işçilərinə Şərq xalqlarının tarix və mədəniyyətindən mühazirələr oxumuşdur. Xosrov bəy Sultanov 1917-ci ildə "Müsavat" partiyasına daxil olmuş, Rusiya Müəssislər Məclisinə deputat seçilmişdir. 1918-ci ildə "İttihad" partiyasına keçmişdir. 1918-ci il mayın 28-də İstiqlal bəyannaməsini imzalayan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur.
Xarıbülbül Musiqi Festivalı — Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdı. Festivalın keçirildiyi məkan kimi Şuşa şəhərinin seçilməsi heç də təsadüfi deyil. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir. Xarıbülbül Beynəlxalq Folklor Festivalının missiyası: Milli mədəni ənənələri canlandırmaq və qorumaq; Müxtəlif xalqların yaşayıb yaratdığı Azərbaycanın multikultural mühitini nümayiş etdirmək.
Metrologiyanın insan fəaliyyətinin bütün sahələrində, eləcə də dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır. Metrologiya ölçmə haqqında elmdir. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada ölçmənin nəticələrindən istifadə edilməsin. İctimai əməyin təqribən 15%-i ölçmələrin yerinə yetirilməsinə sərf olunur. Dünyada hər saniyə milyardlarla ölçmə əməliyyatları yerinə yetirilir. Onların nəticələri buraxılan məhsulun keyfiyyətinin və texniki səviyyəsinin təmin edilməsində, nəqliyyatın təhlükəsiz və qəzasız işləməsində, tibbi və ekoloji diaqnozların əsaslandırılmasında, məlumat axınlarının analizində geniş istifadə edilir.
Hər il mayın 21-də Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilmiş, ilk dəfə 2003-cü il mayın 21-də keçirilmişdir. Hazırda dünya mədəniyyətini çox müxtəlif amillər təhdid edir – bir halda milli özünəməxsusluğun həddən artıq qorunması müxtəlif azlıqların mədəniyyətləri üçün təhlükə yaradır, digər halda din mədəniyyətə təzyiq göstərir, üçüncü halda praktik olaraq dünyanın bütün ölkələrində qloballaşmanın təsiri altında dillər yox olur, ənənələr itirilir, zəif mədəniyyətlər kənarda qalır, bəlkə də tamamilə yox olur.
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının peşə bayramıdır. Nazirlik ölkəmiz müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə yaradılıb. ETSN əməkdaşlarının peşə bayramı isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2007-ci il tarixli Sərəncamı ilə təsis edilib. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib.
25 May Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günü (International Missing Children’s Day) ilk dəfə ABŞ-da qeyd olunub. 1983-cü ildə ABŞ prezidenti Ronald Reyqan bu günün milli səviyyədə qeyd edilməsi haqda göstəriş verib. 25 may gününün təsis edilməsinə səbəb, 1981-ci ildə Florida ştatının Hollivud şəhərindəki ticarət mərkəzinlərindən birində altı yaşlı Adam Uolşun oğurlanması, öldürülməsi və 1979-cu ildə Amerika ştatlarından birində altı yaşlı İtan Patsin oğurlanması kimi hadisələrə görə yaradılıb. Peşəkar fotoqraf olan Evianın atası oğlunun fotoşəkillərini “İtkin uşaq” başlıqlı flayerlər və süd qutuları üzərində çap etmək üçün düzəldir.