Tövsiyə olunan kitablar

Kolleksiya

Vətən imtahanından "Əla" alanlar

Vətən imtahanından "Əla" alanlar [Coşqun Xəliloğlu]

Kitabda şair Coşqun Xəliloğlunun (C. İbrahimli) Qarabağın azad edilməsi uğrunda haqq savaşında vuruşaraq canından keçən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin şəhid məzunlarının göstərdiyi qəhrəmanlığı ehtiram və poetik dillə tərənnüm edən əsərləri, eləcə də vətənpərvərlik mövzusunda yazılmış şeirləri toplanmışdır.

Ulduzlaşan qəhrəman: [Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov]

Ulduzlaşan qəhrəman: [Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov] [ Surxay Subu]

Bu kitab Azərbaycan Respublikasının Milli Qəhrəmanı Natiq Qasımovun şərəfli ömür yolunu, vətənə sədaqətlə xidmət edən bir igidin misilsiz qəhrəmanlığını əks etdirir. Natiq Qasımovun həyat yolu — cəbhədə göstərdiyi şücaət, düşmən qarşısında göstərdiyi qətiyyət və torpaq uğrunda canından keçməkdən çəkinməyən ruhu bu əsərdə sənədli və publisistik dillə oxucuya çatdırılır.

Müşfiqnamə: Mikayıl Müşfiq haqqında bədii və elmi əsərlər

Müşfiqnamə: Mikayıl Müşfiq haqqında bədii və elmi əsərlər [Firudin Qurbanov ]

Kitabda müəllifin görkəmli şairimiz Mikayıl Müşfiqin həyat və yaradıcılığı barədə müxtəlif illərdə dərc olunmuş həm elmi, həm də bədii əsərlərinin bir qismi toplanıb.

Yeniyetməlik və gənclik fəlsəfəsi

Yeniyetməlik və gənclik fəlsəfəsi [Yaşar Əhmədov]

Kitabda öz həyatını düzgün qura bilməyən gənclərə faydalı tövhələr verilir, kişi və qadının birgə həyatının mürəkkəb məsələləri, özünü uşaq kimi aparan kişi ilə yaşamağın çətinlikləri, təkəbbürlü qadınların "yumşaldılması" yolları araşdırılır. Getmək, yoxsa qalmaq, uşaqlara görə ailəni dağıtmamaq, partnyoru tərbiyə etməyə cəhd göstərmək və ya ondan emosional baxımdan uzaqlaşmaq, ona fikir vermədən yaşamaq - bu seçim problemlərinə məsuliyyətlə yanaşılır. Xəyanət, ona gedən yola nəzər salınır, bir sözlə yeniyetmənin və gənclərin müəmmalı dünyasına səyahət edilir.

Türk oğlu... 17-ci... hücuma hazır ol!: tarixi oçerk

Türk oğlu... 17-ci... hücuma hazır ol!: tarixi oçerk [Əmir Quliyev]

Kitab son 110 ildə əvvəlcə erməni-osmanlı türkü, sonra isə erməni-azərbaycanlı türkü münasibətlərindən bəhs edir. Ermənilərin türklərə qarşı təcavüzkarlıq və soyqırımı siyasəti konkret faktlarla göstərilir. Erməni millətçilərinin türklər haqqındakı böhtanları görkəmli mütəxəssislərə istinadən ifşa edilir. Antik yunan, orta əsr, müasir Avropa, Amerika, həmçinin bir sıra erməni şərqşünaslarına əsasən ermənilərin Qafqazda gəlmə xalq olması haqqındakı fikirlər toplanıb, konsepsiya halında verilir.

Пять романов в одном томе

Пять романов в одном томе [Ирвин Шоу]

İrvin Şou (1913–1984) — XX əsrin ikinci yarısının ingilisdilli ədəbiyyatı üçün sadəcə tanınan bir sima deyil, eyni zamanda əhəmiyyətli bir addır. İrvin Şou yüksək ədəbi məzmunu sadə və maraqlı bədii forma ilə ifadə etməyi bacaran azsaylı yazıçılardan biri olmuşdur.

Сон не обо мне: от Пушкина до Бродского

Сон не обо мне: от Пушкина до Бродского [Татьяна Миловидова-Венцлова ]

Məhv edən ehtiras, ilham, sədaqət və xəyanət haqqında bir kitab. Əzab və iztirablı məhəbbətlə dolu Aleksandr Puşkin və Natalya Qonçarova arasındakı münasibətlər, Fyodor Tyutçev və Yelena Denisyevanın faciəvi dramı, məşhur rus dramaturqu Aleksandr Suxovo-Kobılinin sevdiyi fransız qadını qətlə yetirməkdə şübhəli bilinərək yaşadığı cinayət və həbsxana macəraları. XX əsrin əvvəllərinin məşhur yazıçı və şairləri ilə dostluq edən və onlara əhəmiyyətli təsir göstərən okkultist Minslovanın ezoterik hekayəsi.

Ходжалы: очевидцы о военных преступлениях

Ходжалы: очевидцы о военных преступлениях

Kitabda faciənin sağ qalmış şahidlərinin ifadələri, "isti izlərlə" hazırlanan qəzet reportajları, mülki azərbaycanlı sakinlərə qarşı amansız cinayətləri pisləyən rəsmi sənədlər toplanıb. Tərtibatçılar tərəfindən fərqli mənbələrdən diqqətlə seçilmiş fotomateriallar nəşri daha unikal edir.

Как располагать к себе людей

Как располагать к себе людей [Карнеги Дейл]

Topluda məşhur müəllifin son işləri toplanıb, burada şifahi və yazılı ünsiyyətin yaxşılaşdırılması üçün bir sıra strategiyalar təqdim olunur, uğursuzluqlarla və problemlərlə necə mübarizə aparılacağı, özünə inamın necə artırılacağı və hər hansı bir vəziyyətdə optimist qalaraq müsbət düşüncənin necə qorunacağı izah edilir. Həmçinin, rəhbərin liderlik keyfiyyətləri, onların inkişafı və kollektivdə tətbiqi ətraflı şəkildə təsvir olunur.

Как выработать уверенность в себе и влиять на людей, выступая публично

Как выработать уверенность в себе и влиять на людей, выступая публично [Карнеги Дейл]

Amerikada və dünya miqyasında tanınan Deyl Karneginin kitabı geniş oxucu kütləsinə təqdim olunur. Bu kitab vasitəsilə dünyada on, bəlkə də yüzminlərlə insan natiqlik sənətinə yiyələnib; kitabın mətni XXI əsrin tələblərinə cavab vermək üçün yenidən işlənmiş və müasirləşdirilmişdir.