Tövsiyə olunan kitablar

Kolleksiya

Vətən yaşasın deyə: şeirlər

Vətən yaşasın deyə: şeirlər [Coşqun Xəliloğlu]

44 günlük II Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda vuruşub canından keçən şəhidlərimizin göstərdiyi qəhrəmanlığını ehtiram və poetik dillə tərənnüm edən əsərləri toplanmışdır.

Füzuli. Qəzəllər

Füzuli. Qəzəllər

Kitabda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin azərbaycanca divanındakı 294, "Leyli və Məcnun" poemasındakı 24 qəzəl müasir dilimizdə izah edilib və bəzi misralar qısaca şərh olunub.

Köhnəlməyən xiffət: [şeirlər]

Köhnəlməyən xiffət: [şeirlər] [Nəzakət Məmmədova]

Kitabda müəllifin səmimi duyğuların cəm olduğu, həyatı doğma hislərlə təcəssüm etdirən şeirləri toplanıb.

Ön cəhbə əfsanələri

Ön cəhbə əfsanələri [Sevinc Ağa Xəlilqızı]

Kitabda 2020-ci ilin son aylarında təsadüf edən, Azərbaycanın böyük Zəfəri ilə yekunlaşan 44 günlük II Qarabağ müharibəsini, xalqımızı tarixin bu sınağından Zəfərlə çıxmasını dünyaya nümayiş etməyini və xalqımızın Vətənə sonsuz sevgisini təcəssüm edir.

Bütövləşən Vətənim

Bütövləşən Vətənim [Arif Əbdüloğlu]

"Bütövləşən Azərbaycan" kitabına müəllifin son illər qələmə aldığı şeir və poemaları daxil edilib. Məcmuənin əsas qayəsi Vətən müharibəsində qazanılan Zəfər, bu Zəfərə imza atan, işğal altında olan torpaqlarımızı, o cümlədən Şuşanı düşmən tapdağından azad edən igid oğullarımızın qəhrəmanlığının tərənnümüdür.

Seçilmiş əsərləri

Seçilmiş əsərləri [Hacı Qəni Camalzadə]

Yazıçının seçilmiş əsərlərinin birinci cildində toplanan hekayələrin əksəriyyəti müxtəlif illərdə dövri mətbuatda dərc olunub. Həm incə yumor, həm də kəskin sarkazmla yazılan hekayələrin süjetləri real həyat həqiqətlərinə söykənir, hətta alleqorik nağıllarında da bir həyatilik var.

Gedər-gəlməz qatarı

Gedər-gəlməz qatarı [Fikrət Əsgərov]

Kitab müəllifin çox müxtəlif mövzularda yazdığı şeirlər və "Gedər-gəlməz qatarı" adlı poemadan ibarətdir.

Bayrağımız sarsılmaz

Bayrağımız sarsılmaz [Üzeyir Hacıbəyli]

Kitabın bu nəşrinə Üzeyir bəyin indiyə qədər çap olunmamış, günümüzlə səsləşən yeni felyetonları, publisistik yazıları və məktubları daxil edilmişdir.

Meydan

Meydan [Əli Əmirli]

Romanda cərəyan edən hadisələrin zamanı - 1988-ci il də artıq tarixdir. Bu həmin ildir ki, milli azadlıq hərəkatı bütöv Azərbaycanı mübarizə meydanına çıxarmışdı.

Hikmət mücrüsü

Hikmət mücrüsü

Kitab, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadə poeziyasından gətirilən seçmə şeir parçalarından tərtib edilmişdir.