Əsərdə Şuşanın yetirdiyi tarixi şəxsiyyətlər haqqında, faşist hayların şəhərdə və o cümlədən də Qarabağda törətdikləri qanlı cinayətləri, 44 günlük zəfər müharibəsi və onun nəticələri, Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Mərkəzi elan olunması, Şuşanın daxilində və ətrafında mövcud olan yer adları və başqa tarixi hadisələr əsərdə şərh olunur.
Topluda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatında olan diqqət və qayğısını əks etdirən məqalələr toplanıb. 1999-cu ildən 2022-ci ilə qədər Azərbaycan mətbuatında və internet saytlarında mövzu ilə əlaqəli Respublikanın tanınmış elm, mədəniyyət xadimləri və ziyalıları tərəfindən yayımlanmış məqalələr günümüzün tarixindən keçmişə doğru sıralanaraq kitab şəklində cap olunub.
Ensiklopedik təqvim Azərbaycan tarixinin qədim tarixi olaylar, siyasi, ədəbi və mədəniyyət xadimləri barədə yığcam məlumatları oxuculara təqdim edir.
Kitab Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş və itkin düşmüş rəşadətli polis əməkdaşlarımızın unudulmaz xatirəsinə həsr olunur.
Ucqar kəndlərin birində gənc ər-arvad gecə öz evlərində öldürülür. Prokurorluq və polis bir ay təhqiqat aparsa da, xeyli şübhəli şəxs istintaqa cəlb edilsə də qatil tapılmır. Axtarış düyünə düşür. Cinayətin açılması üçün Bakıdan dəvət edilmiş Qanbay Qasımlı isə işə başlayan kimi hər kəsin əhəmiyyətsiz sayıb üstündən keçdiyi kiçik bir nüansa diqqət yetirir. Bu nüans cinayətin baş verdiyi gecə yağan yağışda gizlənib...
Roman günümüzdə hər bir kəsi düşündürən pul, qazanc və bununla bağlı formalaşan maddi həyat səviyyəsindən bəhs edir. Eyni zamanda, əsərdə müxtəlif insanların namus, vicdan, düzlük kimi mənəvi dəyərlərə olan fərqli baxışlarına da rast gəlinir.