Qarşınızda 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş maraqlı roman var. Fikrimizcə bu roman Milli Qəhrəman Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid oğlanlarımızın əziz xatirəsinə elegiyadır. Əsərdə üç Muradla qarşılaşacaqsınız və bu təsadüf sizi heyrətləndirəcək.
Kitabda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə və sonrakı günlərdə erməni silahlı birləşmələrinin və sovet ordusuna məxsus 366-cı alayın əsgərlərinin Xocalıda törətdikləri soyqırımı zamanı əsir götürdükləri 13 gənc oğlanın acı həyat hekayəsindən və hələ də məlum olmayan talelərindən bəhs olunur.
Bu oçerk I Vətən müharibəsində şəhid olmuş Xırdalan şəhəri şəhidi Vüsal Ədalət oğlu Xəlilovun keçdiyi keşməkeşli, şərəfli həyat və döyüş yollarına həsr olunmuşdur.
Kitabda 2020-ci il Sentyabrın 27-dən Noyabrın 10-dək "Dəmir Yumruq" adı altında həyata keçirilən əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi, habelə bu müstəvidə hadisələrin gedişi zamanı Ermənistan tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarının, yaşayış məntəqələrinin və yüksəkliklərin işğaldan azad edilməsi xronikası öz əksini tapmış, konstitusiya quruluşunun əsaslarının təhlili aparılmışdır.
Kitab Azərbaycanın haqq savaşında qələbəsi, ərazi bütövlüyünün bərpası ilə yekunlaşan Vətən müharibəsinin yaratdığı reallıqlardan biri kimi, böyük bir mirasa- erməni kilsəsinin əsarətindən qurtulan alban məbədlərinə varis çıxan, Şərqi Qafqazın qədim, köklü sakinlərindən olan azsaylı udi xalqının mənəvi dəyərlərini tərənnüm edir.
Bir qadın gətirin gözünüzün qabağına... Gözəl, gənc, ağıllı, istedadlı, azad ruhlu bir qadın... Özünün şeir, musiqi, hətta şahmat məktəbi olan bir qadın...Şərq qadını. Və o qadının nə az, nə çox - düz 900 il bundan əvvəl yaşadığını düşünün. Biz çox qədimik, yoxsa o, daha müasirdir? Şərq dünyasının yaradıcı qadına, onun azadlığına, ictimai fəaliyyətinə münasibəti 900 il əvvəl necə idi, indi necədir? Ümumiyyətlə, kimdir Məhsəti?
Qədim Şəki şəhərində dünyaya göz açan, zamanla Azərbaycanın sərhədlərini aşaraq bütün Türk dünyasının Bəxtiyarına çevrilən Vahabzadənin poeziyası, dramaturgiyası, publisistikası, eləcə də ədəbi, ictimai-siyasi və pedaqoji fəaliyyəti bir amala xidmət edirdi. Bu amal - müstəqil, qalib və azad, hürriyyət və istiqlaliyyətinə sahib Azərbaycan idi. Bəxtiyar Vahabzadə düşüncə, idrak, həm də istiqlal şairi idi. Onun "İstiqlal" ordeninə layiq görülən ilklərdən olması da təsadüfi deyil. Bütün yaradıcılığı xalqının işıqlı sabahına yönələn şairin poeziyası həm də Azərbaycanın keşməkeşli və şanlı tarixini ifadə edirdi.
"Susan qadın" romanının əsas süjeti bir cinayətin açılması üzərində qurulub. Lakin bunun necə bir cinayət olması barədə suala oxucu özü cavab verəcək. Hər halda, ölümlə nəticələnmiş qorxunc bir cinayət baş verib və qatil axtarılır.
Ali təhsil almaq, oxuyub bir yana çıxmaq, arzularına çatmaq istəyi ilə universitetə qəbul imtahanlarını uğurla verib uzaq kənd rayonundan Bakıya gələn gənc qız bir səhvi ucbatından şantaj olunaraq ardıcıl təhdid və tələblərlə üzləşir. Onun davranışında, dünyagörüşündə, mənəviyyatında ciddi və təhlükəli dəyişikliklər baş verməyə başlayır. Romanda qorxu duyğusunun insan həyatında nələrə səbəb ola biləcəyi bir-birindən maraqlı səhnələrlə aydın göstərilib.
Nihal ilk baxışdan xobəxt qadındır. Gəncdir, gözəldir, həyat yoldaşı onu sevir, iki uşağı, sevdiyi işi, şəhərin mərkəzində ev-eşiyi var. Maddi cəhətdən heç bir korluq çəkmir. Amma bütün bunlar yalnız üzdən görünənlərdir...