Tövsiyə olunan kitablar

Kolleksiya

Ölüm ağacının kölgəsində: məhəbbət romanı-detektiv

Ölüm ağacının kölgəsində: məhəbbət romanı-detektiv [Elxan Elatlı]

İlk baxışda öz gündəlik qayğıları ilə yaşayan sakit Bakıda bir-birinin ardınca müəmmalı və qorxunc hadisələr baş verir. Əvvəlcə rayondan paytaxta gələn gənc biznesmen maskalı şəxslər tərəfindən oğurlanır. Bundan sonra zavallını bir daha görən olmur...

Ələkeçməz yaquar: detektiv roman

Ələkeçməz yaquar: detektiv roman [Elxan Elatlı]

Ailəsi ilə Rusiyanın kiçik bir şəhərində yaşayan azərbaycanlı iş adamı Fikrət Nəzərlinin yeni tikilmiş qoyun ferması naməlum şəxslər tərəfindən yandırılır. Bir həftə sonra isə ona anonim məktub gəlir: "Çıx get burdan, yoxsa sən də, bütün ailən də məhv ediləcəksiniz"...

Azərbaycan - tarixi-coğrafi atlas

Azərbaycan - tarixi-coğrafi atlas [Həsən Həsənov]

Yeddi fəsildən ibarət bu əsər Azərbaycan ərazisində qədimdən müasir dövrədək mövcud olmuş dövlətlər, siyasi proseslər və onların coğrafi məkanı ilə bağlı zəngin xəritə və analizlərə əsaslanır.

Azərbaycan - tarixi-etnoqrafik atlas

Azərbaycan - tarixi-etnoqrafik atlas [Həsən Həsənov]

Bu atlas 14 fəsildən ibarətdir. Azərbaycanın tayfa ittifaqları, onların etnik mənşəyi, məskunlaşma coğrafiyası və siyasi mirası haqqında dolğun məlumatlar təqdim edir.

Arpaçaydan Xəzərə: şeirlər və poema

Arpaçaydan Xəzərə: şeirlər və poema [İbrahim Yusifoğlu]

Arpaçaydan Xəzərə poeması isə ucqar dağ kəndində dünyaya göz açmış, həyatın bütün sınaqlarından qalib çıxmış, elmin zirvəsinə ucalmış akademik İsa Həbibbəyliyə ithaf olunmuşdur.

Axtarış: şeirlər

Axtarış: şeirlər [Sadiq Hüseynli]

Kitabda müəllif bir gəncin sevgisinin işığında insanın özünüaxtarış səyahətinə çıxır və İlahi Həqiqət zirvəsində bəşəri sevgi ilə vətən sevgisini qovuşduraraq səmavi eşqlə vəhdətdə canlandırır.

Bilməz idim ...: roman

Bilməz idim ...: roman [Arif Ərşad]

Roman hələ orta məktəb illərindən bir-birini ülvi və saf məhəbbətlə sevən Asiflə Gültəkinin həyatlarından bəhs edir.

Seçilmiş əsərləri

Seçilmiş əsərləri [Sona İsmayılova]

Birinci cilddə yüksək vətəndaşlıq hissi ilə qələmə aldığı " Sözün xaqanı", "Lətifənin taleyi", "Tarix qarşısında cavab günüdür", "Acı həyat" və "Tale yolu" romanları yer alıb.

Şuşaya bayraq asan cəngavər: poema

Şuşaya bayraq asan cəngavər: poema [Zəminə Xınalı]

Kitab 2020-ci il Vətən müharibəsinin cəngavəri polkovnik Rəşad Aslanovun ömür və döyüş yoluna həsr olunub.

Vətən yaşasın deyə: şeirlər

Vətən yaşasın deyə: şeirlər [Coşqun Xəliloğlu]

44 günlük II Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda vuruşub canından keçən şəhidlərimizin göstərdiyi qəhrəmanlığını ehtiram və poetik dillə tərənnüm edən əsərləri toplanmışdır.