Rus tarixçisi, coğrafiyaşünası və mütəfəkkiri Lev Nikolayeviç Qumilyovun (1912-1992) məşhur "Qədim türklər" əsəri dünya tarixinin eramızın VI-VIII əsrlərdəki nisbətən az tədqiq edilmiş dövrünə həsr olunub. Bu dövr, Böyük Türk Xaqanlığının yaranması və çiçəklənməsi ilə üst-üstə düşür.
Seyran Vəliyev bu kitabda Bakı tarixinə başqa bir baxış bucağından yanaşmağa cəhd edib. Biz torpağın tarixi, Bakıda neftin haradan gəldiyi, Abşeronun nə vaxt yarandığı haqqında az düşünürük. Müəllif bu suallara cavab verməyə çalışdığı kimi, artıq bir müddətdir tarixçiləri və Bakı sakinlərini maraqlandıran digər suallara da cavab tapmağa çalışıb: Qız Qalası nə üçün inşa olunmuşdu, Bakı kəndlərindəki qalaların tikilməsinin məqsədi nə idi və hətta "Sınıq qala"nın belə adlandırılma səbəbi nədir, bu suallara da cavab verilmişdir.
Kitab-xronika müəllifin qeydləri əsasında hazırlanıb. Eyni zamanda, kitabda kütləvi informasiya vasitələrinin materialları, hadisələrin iştirakçılarının və şahidlərinin xatirələri, qeydləri, eləcə də cəbhədəki vəziyyətlə bağlı müvafiq qurumların rəsmi xülasələri öz əksini tapmışdır.
Müəllif, dünya şöhrətli siyasətçi, görkəmli dövlət və siyasi xadim, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasında olduğu dövrdəki həyat və fəaliyyətindən bəhs edir.
Müəllif faktlar və arqumentlər əsasında Heydər Əliyevin siyasi irsinin fundamental prinsiplərini təhlil edir.
Məşhur ekspert-analitik Dronqo üçün qarşıdakı dəniz səfəri unudulmaz olacaqdı – necə də olmasın: Fransız Polineziyasının adaları, ekzotika, möhtəşəmliyi ilə heyran edən nəhəng və rahat okean layneri.
Türkiyənin Qara dəniz sahilində yerləşən oteldə zəngin rusiyalı iş adamı öldürülüb. Həmin axşam mərhumun yanına gedənlərin heç biri qatil roluna uyğun gəlmirdi, üstəlik, onların hamısının ciddi alibiləri vardı.
Türkmənbaşının ölümündən sonra yüksək rütbəli məmur Yaqmır Purliyev Aşqabaddan qaçaraq Moskvada yeni türkmən hakimiyyətindən gizləndi. İllər keçdi. Purliyev Rusiyada məskunlaşdı: gəlirli biznes təşkil etdi, lüks avtomobil aldı və Moskva yaxınlığında elit qəsəbədə dəbdəbəli malikanə tikdirdi. Varlı, hörmətli insan oldu və vətəni Türkmənistanı tamamilə unutdu. Amma bir gün hər şey dəyişdi.
Məşhur ekspert analitik Dronqo bir müddət təhlükəli işini unudub, istirahət etmək, uzaq Portuqaliyanın gözəl mənzərələrini seyr etmək və əlinə qolf çubuğunu götürmək qərarına gəlir. Onun qaldığı oteldə "dünyanın güclüləri" Avropada nüvə stansiyalarının tikintisinə sponsorluq edən şəxslərin qeyri-rəsmi görüşünü keçirmək qərarına gəlirlər.
Monoqrafiyada Qarabağ bölgəsinin tarixinə, Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri və "Əsrin müqaviləsi"nin bağlanması ilə Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin siyasi, diplomatik, nəhayət, hərbi yolla tənzimlənməsi prosesi araşdırılır.