Tövsiyə olunan kitablar

Kolleksiya

Qərbi Azərbaycan abidələri

Qərbi Azərbaycan abidələri [Ələkbərli Əziz]

Kitabda qədim Türk-Oğuz yurdu olan Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisindəki Azərbaycan xalqına məxsus maddi mədəniyyət nümunələri haqqında qısa məlumat və abidələrin bir və ya bir neçə görüntüdə şəkilləri verilmişdir.

Müzəffər Komandan

Müzəffər Komandan [Əliyeva İradə]

Nəşrdə toplanan məqalələrdə xalqımızın böyük Zəfəri, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən bəhs edilir.

Şair və yazıçılarımızın həyatından maraqlı anlar

Şair və yazıçılarımızın həyatından maraqlı anlar

Təqdim olunan kitabda şair və yazıçılarımızın həyat və yaradıcılığından qeyri-adi və qəribə hadisələr, maraqlı anlar toplanmışdır.

Bakı və bakılılar

Bakı və bakılılar [İlkin Qılman]

Respublikamızın paytaxtı Bakı keçmişlərdə necə olub? Sevdiyimiz, fəxr etdiyimiz bu gözəl şəhər əsrlər boyu nə kimi fırtınalardan keçib, bugünkü xoşbəxt günlərinə necə qovuşmuşdur? Mərd oğulları onu necə qorumuşlar, qədim abidələrini necə hifz edib saxlamışlar. Bu adamlar özləri necə olmuşlar? Özləri ilə necə mənəvi keyfiyyətlər yaşatmışlar? Bütün bu və başqa suallara xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin bu kitabında cavab tapa biləcəksiniz.

343 gün erməni əsirliyində

343 gün erməni əsirliyində [Səmədzadə Fərahim]

Kitabda Qarabağ müsibətlərindən, mənfur ermənilərin əsassız torpaq iddialarından, vətəndaşlarımıza qarşı etdikləri ağlasığmaz zülmlərdən, rəzilliklərdən danışılır. Birinci Qarabağ müharibəsində ermənilərə əsir düşən Famil Heydərəli oğlu Əliyevin məşəqqətli həyatından bəhs edir.

Türkün yaddaş kitabı

Türkün yaddaş kitabı [Qocatürk, Nərman]

Bu kitab Doğudan Batıya atı getdikcə çapan, qılıncı işlədikcə kəsən, qılıncla qələmin vəhdətində dünyanın tarixini yazan, öz uduq Yazısı ilə Mif ucalığında əbədiyaşarlıq qazanan Böyük Türkün qüdrətli xaqan - sərkərdələrinin, el bilicilərinin dünyasından soraqçıdır.

Əmir Teymur

Əmir Teymur [Yunus Oğuz]

Kitabda Əmir Teymurun həyatının demək olar ki, bütün xronologiyası, sistemli şəkildə olmasa da, müəyyən impulslarla tam təqdim olunur.

Əsərləri

Əsərləri [Nizami Gəncəvi]

Kitaba şairin 5 poemadan ibarət "Xəmsə"si və lirik şeirləri daxil edilmişdir. Birinci cild "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun" poemalarından və şairin lirik şeirlərindən ibarətdir

Şəhidlərimiz - qürur yerimiz

Şəhidlərimiz - qürur yerimiz [Həsənli Sona]

Azərbaycan xalqı tarix boyu haqsızlıqlarla üzləşib, soyqırımlara məruz qalıb. XX əsrin əvvəllərində, ardınca Böyük Vətən müharibəsində və sonrakı dövrlərdə qəhrəman oğul-qızlarımız bolşeviklərə, faşistlərə və erməni qəsbkarlarına qarşı fədakarlıqla vuruşublar, bu yolda canlarından belə keçiblər.

Dili bir, dini bir, könlü bir qardaşlar

Dili bir, dini bir, könlü bir qardaşlar [Sona Həsənli]

Oxucular bu kitabda iki qardaş ölkə - Azərbaycan-Türkiyə münasibətlərinin qədim tarixindən bugünədək keçilən yolun möhkəm təməllərə söykəndiyi barədə müəllifin elmi, tarixi və publisistik araşdırmaları ilə tanış olacaq, bu mövzuda kifayət qədər öz bilgilərini artıracaqlar.