2018-ci ilin martın 29-da Prezident Kitabxanasında “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü ilə nəşr edilən kitabın müəllifləri Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov və tədqiqatçı Elşad Əlilidir.…
2017-ci il dekabrın 25-də Prezident Kitabxanasında “Azərbaycan–UNESCO əlaqələri” elektron layihəsi istifadəçilərə təqdim edilib.
Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, Azərbaycanın UNESCO-ya üzv qəbul olmasından 25 il ötür. Azərbaycan bu quruma 1992-ci il iyulun 3-də üzv qəbul olunsa da, əlaqələrin genişləndirilməsi 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən…
2017-ci il iyunun 6-da Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” elektron layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub.
Təqdimat mərasimini giriş sözü ilə açan Kitabxananın direktoru Mayıl Əhmədov İslam aləminin bir parçası olan, müsəlman dünyasına və eləcə də bəşəriyyətə görkəmli simalar bəxş edən Azərbaycanın hər zaman sanki…
10 may 2017-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Prezident Kitabxanasının Konfrans zalında tədbir keçirilib. Tədbir iştirakçıları kitabxanada yerləşən büstün önünə gül çələngi qoyaraq Ulu öndərin xatirəsini dərin ehtiramla yad etmiş və Oxu zalında təşkil olunmuş kitab sərgisinə baxıblar.
Tədbirdə çıxış edən kitabxananın direktoru…
2017-ci ilin mart ayının 29-da Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, ictimai-siyasi xadimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər.
Layihə haqqında məlumat verən kitabxananın direktoru Mayıl Əhmədov bildirdi ki, bu layihə Azərbaycan ilə…