2016-cı il oktyabrın 13-də Prezident Kitabxanasında “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov təqdim edilən əsər haqqında qısa məlumat verərək fundamental elmi araşdırma olan “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin nəşrini müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisə adlandırıb. Bildirilib ki, Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə…
2016-cı il iyul ayının 22-də Prezident Kitabxanasında “Erməni iddiaları işığında Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin I cildi “Qarabağ Qafqaz Albaniyası dövründə” əsərinin təqdimat mərasimi keçirilib.
Milli Məclisin deputatların, tarixçi alimlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov təqdim olunan əsər haqqında qısa məlumat verib.…
2016-cı ilin iyun ayının 9-da Prezident Kitabxanasında “Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” adlı tammətnli elektron nəşrin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Mehriban Əliyevanın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı və xoşməramlı səfir kimi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında,…
2016-cı il fevralın 19-da Prezident Kitabxanasının Konfrans zalında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun birgə layihəsi əsasında hazırlanmış və nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib.
Tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov təqdim olunan kitabın əhəmiyyətindən danışmışdır.
Tarix İnstitutunun…
8 oktyabr 2015-ci ildə Prezident Kitabxanasının Konfrans zalında “Türk xalqlarının kitab abidələri” adlı Elektron kitabxananın təqdimatı keçirilib.
Kitabxananın direktoru Mayıl Əhmədov elektron layihə barədə məlumat verib. Bildirib ki, əməkdaşlar türkdilli xalqların mədəni irsinin bir hissəsi olan kitab abidələrinin kitabxananın fondunda olan nüsxələrinin elektron versiyalarını hazırlayıb, bir qisminin isə elektron…