22 aprel 2009-cu ildə Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası - 85” adlı İnternet resursun təqdimatı keçirilib. Tədbir iştirakçıları, həmçinin Naxçıvana həsr olunmuş kitab sərgisi, “Muxtariyyət tarixi sənədlərdə” adlı arxiv materialları və Naxçıvana dair kitabların əməkdaşlarımız tərəfindən hazırlanmış elektron versiyaları ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru…
2008-ci il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş geniş kitab sərgisi təşkil olunub. Mərasiminin iştirakçıları əvvəlcə Prezident Kitabxanasının foyesində Ümummilli Liderin büstü önünə tər güllər düzmüş, sonra isə foto və nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Sərgi Heydər Əliyevin zəngin və mənalı ömür…
2008-ci il mayın 7-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Prezident Kitabxanasında hazırlanmış “Heydər Əliyev. Elektron Sənədlər Toplusu” istifadəçilərə təqdim edilib. Kitabxananın kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb, zəngin və mənalı ömür yolunu əks etdirən…
2008-ci ilin aprelin 22-də Prezident Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə yazıçının həyat və yaradıcılığı ilə əlaqədar kitabxana əməkdaşlarının hazırladıqları “Mir Cəlal Paşayev-100” sərgisi ilə tanış olublar.
Daha sonra görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin…