2023-cü il avqustun 23-də Prezident Kitabxanasında “Laçın” elektron layihəsi istifadəyə verilib.
44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Bu Sərəncama əsasən hər ilin avqust ayının 26-sının “Laçın şəhəri…
2023-cü il mayın 8-də Prezident Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş foto və kitab sərgilərinin və “Heydər Əliyev. Elektron sənədlər toplusu"nun yenilənmiş variantda təqdimatı keçirilib.
Kitabxananın direktoru Mayıl Əhmədov çıxış edərək, tədbir haqqında ümumi məlumat verib və Ulu Öndərin keçdiyi həyat yolundan, Azərbaycan…
15 aprel 2023-cü il tarixində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Zərifə Əliyeva” elektron layihənin təqdimatı keçirilib. Təqdim edilən elektron layihə Zərifə xanım…
2022-ci ilin dekabrın 23-də Prezident Kitabxanasında Azərbaycanlıların qədim dövrlərdən etibarən yaşadıqları Zəngəzur bölgəsinin zəngin tarixi keçmişinə dair və XX əsrin əvvəlində Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi nəticəsində xalqımıza qarşı tarixi ədalətsizlikləri özündə əks etdirən “Zəngəzur” elektron resursu istifadəçilərə təqdim edilib.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan bu layihənin “Ümumi…
2021-ci ilin noyabrın 5-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın Ermənistan ordusunun işğalından azad olunmasının ildönümü münasibətilə Prezident Kitabxanasında “Şuşa” adlı elektron layihənin və Suşa şəhərinə dair geniş fotosərginin təqdimat mərasimi keçirilib.
Azərbaycan, ingilis və rus dillərində olan layihə 6 fəsildən, 23 alt bölmədən ibarətdir. “Tarix” adlanan birinci fəsildə…